Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda daha bir mobil operator 3G xidməti göstərəcək

"Azercell" artıq 2 ildir 3G xidməti göstərmək üçün lisenziya gözləyir

Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azercell” şirkətinə 3G xidməti göstərmək üçün lisenziya veriləcəyini açıqlayıb. Beləliklə, yaxın günlərdə Azərbaycanda daha bir mobil operator 3G-nin tətbiqinə başlayacaq.

Əli Abbasovun sözlərinə görə, artıq ölkənin ən böyük mobil operatoru olan “Azercell”in bu xidməti göstərməsinə sayılı günlər qalıb. Nazir “Azercell”ə bu xidməti göstərmək üçün lisenziyanın ən qısa zamanda veriləcəyini deyib.

“Azercell”də də şirkətin yaxın vaxtlarda 3G xidməti göstərmək üçün lisenziya alacağını təsdiqlədilər. Şirkətin nümayəndəsi Ülviyyə Həsənzadə “Azercell”in 3G xidməti göstərmək üçün lisenziya almaq barədə hələ 2 il əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etdiyini, şirkətin bu texnologiyanı tətbiq etmək üçün çoxdan hazır olduğunu deyib.

“Biz 3G xidməti göstərmək üçün yaxın vaxtda lisenziya alacağıq. Lakin mən deyə bilmərəm sabah, bir həftə, ya bir ay sonra olacaq. Amma ən yaxın vaxtlarda biz bu xidməti göstərəcik”, - deyə Ülviyyə Həsənzadə bildirib.

Məlumat üçün bildirək ki, 3G texnologiyasının tətbiqi abonentlərə yalnız görüntülü danışıq imkanı yaratmır. Bu, həm də daha sürətli və keyfiyyətli mobil internet deməkdir. Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən “Azercell” mobil operatorunun 4 milyondan çox abonenti var. Hazırda Azərbaycanda yalnız “Azerfon” şirkəti 3G xidməti göstərmək üçün lisenziyaya malikdir.






12 Oktyabr, 2011  02:39 Baxılıb: 1274 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner