Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Təhsil Nazirliyində iclas

Misir Mərdanov tədqiqat məsələlərini müəyyənləşdirib

Bu gün Təhsil Nazirliyinin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazir Misir Mərdanov iclası açaraq təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb.

Görülən işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib.

Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu söyləyib.

İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib.






11 Oktyabr, 2011  20:44 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner