Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda RRB-nin işçi qrupunun toplantısı keçirilir

İşçi qrupun toplantısında gündəlikdə bir çox məsələlərin müzakirəsi durur.

Bu gün Bakı şəhərində “Grown otel”in iclas zalında Regional Rabitə Birliyinin(RRB) orta və uzun dalğalarda fəaliyyət göstərən (əvvəllər sinxron rejimdə) səs yayımının tətbiqinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış işçi qrupun 7-ci iclası öz işinə başlayıb. İşçi qrupun toplantısında gündəlikdə bir çox məsələlərin müzakirəsi durur.

Müzakirə olunan məsələlər sırasında əvvəllər (SSRİ dövründə) sinxron rejimdə orta/uzun dalğa diapazonda işləyən radioyayım şəbəkələrin sinxron olmayan rejimə keçməsi ilə bağlı orta/uzun dalğa diapazon tezliklərində yaranan maneələrin (kolleziyaların) aradan qaldırılması ilə bağlı RRB-nin “Radiotezlik spektrinin tənzimlənməsi və peyk orbitləri” üzrə komissiyanın protokol qərarına uyğun olaraq texniki təkliflərin hazırlanması da durur.

MDB ölkələrinin rabitə administrasiyalarının nümayəndələrinin və mütəxəssislərinin qatıldığı toplantıda işçi qrupun əvvəlki toplantılarının protokol qərarlarına uyğun olaraq“Cenevrə - 75” planında rabitə administrasiyalarının adına sinxron şəbəkələrdə qeydiyyatda olan və həmçinin qeydiyyatda olmayıb eyni tezliklərdə radioşəbəkələrə yeni əlavə edilən ortauzun dalğa radioyayım vericilərinin BTİ-nin müvafiq proqram təminatı vasitəsi ilə sinxron rejimdən çıxarıldıqdan sonra hesabatlarının aparılması işlərinin davam etdirilməsi, hesabatların nəticələrinə əsasən yaranan kolleziyaların( maneələrin ) aradan qaldırılması istiqamətində texniki təkliflərin hazırlanması və müzakirəsi, eyni zamanda sinxron rejimdən çıxan radioyayım vericilərinin və tezliklərin yenidən BTİ-də qeydiyyatı prosedurunun müəyyənləşdirilməsi və təkliflərin komissiyaya təqdim edilməsi nəzərdə tutulur. Qeyd edək ki, işçi qrupun toplantıları indiyə qədər hər dəfə MDB ölkələrinin birində keçirilib.






11 Oktyabr, 2011  16:03 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner