Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Narkotiklərə yox!” karikaturada

Oktyabın 17-də sərgi olacaq

Oktyabın 17-i Bakıda Əzim Əzimzadə adına muzeydə “Narkotiklərə yox!” şüarı ilə keçirilən “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatların təqdimetmə mərasimi keçiriləcək.

Simsar.az-ın məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına görə müsabiqənin qızıl medalına Alessandro Qatto (İtaliya), gümüş medala Vladimir Kazanevski (Ukrayna), bürün medala Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülüblər. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri isə Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib.

Oktyabrın 17-də keçiriləcək tədbirə müxtəlif ölkələrdən tanımış karikatura ustaları dəvət olunub. Müsabiqənin qalibləri ilə birlikdə ölkəmizə ABŞ, Fransa, Hollandiya, Bolqarıstan, Rusiya, İran, Almaniyadan karikatura təşkilatları rəhbərləri də gəlib. Tədbirdə Dünya Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti cənab Piter Nyuvandeyk və təşkilatın vitse-prezidenti xanım Marlen Pole də iştirak edəcək.

RAMİL






10 Oktyabr, 2011  17:30 Baxılıb: 2770 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner