Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rüstəm İbrahimbəyov mükafat aldı

Məşhur insana "Şərəf" verildi

Festivalın açılış mərasimində türk dünyasında yeganə “Oskar” mükafatı laureatı olan xalq yazıçısı Rüstəm İbrahimbəyova “Şərəf mükafatı” verilib. Lent.az-ın məlumatına görə, Antalya bələdiyyəsi və Antalya Mədəniyyət-Sənət Vəqfinin (AKSAV) birgə təşkil etdiyi festivalda mükafata layiq görülənlər arasında Türkiyənin kino ulduzları Tuncel Kurtiz, Halit Akçatepe, Engin Çağlar və Məhmət Dinlər də var.


Festival çərçivəsində ilk dəfə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçiliyinin dəstəyi ilə “Avrasiya kinosu – Azərbaycan” bölməsində mətbuat konfransı, rejissor və aktyorlarla görüş, kinematoqrafçılarımızın əsərlərinin nümayişi olacaq.

Atatürk Mədəniyyət Mərkəzində Oleq Səfərəliyevin “Əlvida, cənub şəhəri” filmi ilə başlayan bu bölmədə Samir Kərimoğlunun “Niyyət”, Yavər Rzayevin “İlahi məxluq”, İlqar Nicatın “Buta” və İlqar Safatın “Sahə” filmləri kino həvəskarlarına təqdim ediləcək.






10 Oktyabr, 2011  15:55 Baxılıb: 1302 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner