Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İLIN SONUNA QƏDƏR MAAŞLAR ARTACAQ

Hökümət qurumlarından tərəddüd edənlər var

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 353,7 manat təşkil edir. Bu il üçün əməkhaqqının 478 manata qədər artırılacağı bildirilirdi. Amma gözləntilər özünü doğrultmadı.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Simsar.az saytına açıqlamasında bildirib ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da, artım baş vermir: “2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Belə ki, hökumət pensiya və əməkhaqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu vəsait daxil etməkdən ehtiyatlanır. Çünki pensiya ilə yanaşı, əməkhaqlarının artırılması istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi”.

V.Bayramov ilin başa çatmasına az zaman qalmasına baxmayaraq, hökumətin əməkhaqqı artımına gedəcəyini istisna etmir: “Lakin artım kiçik rəqəmlərlə ifadə olunacaq. Ümumiyyətlə öncədən hökumətdə əməkhaqlarının hansı faizlərlə artırılacağına dair vahid fikir yox idi. Bəzi hökumət nümayəndələri, ilin əvvəlində müzakirə edildiyi kimi, əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki, tərəddüdlər də artımları yubadır”.
Mütəxəssis artımların heç də bütün sahələri əhatə etməyəcəyi fikrindədir: “Hökumət hər il əməkhaqqı artımlarına getməklə ciddi sosial öhdəlik götürməkdən ehtiyatlanır. Xüsusən nəzərə alsaq ki, neftin dünya bazar qiymətində dəyişikliklər, o cümlədən qlobal maliyyə böhranın yeni mərhələsinin başlayacağına dair narahatçılıqlar var. Hökumət əməkhaqqı artımına gedəcəyi halda növbəti ildə bu sosial öhdəliyin yerinə yetirilməsində yarana biləcək problemdən narahatdır”.

RAMIL






10 Oktyabr, 2011  15:50 Baxılıb: 1248 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner