Sülhə görə mükafat alanların kimlikləri bilindi
Simsar.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, 2011-ci il üzrə Nobel sülh mükafatına Liberiya prezidenti, Ellen Conson-Serlif, Liberiyada qadın hərəkatının fəalı Leymah Qbovi və yəmənli Tavakul Karman layiq görülüblər.
Mükafatlar dekabrın 10-da Osloda keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.