Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

FRANSA PREZİDENTİNİN QARŞISINA ƏLİ HƏSƏNOV ÇIXDI

Rəsmi Bakı Sarkozinin fikirlərini bölüşmür

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Fransa prezidentinin Ermənistanda Türkiyənin hədələyən bəyanatla çıxış etməsinə münasibət bildirən PA rəsmisi deyib ki, bu məsələ beynəlxalq siyasətin bir nəticəsidir: “Rəsmi Bakı istər Türkiyə və Azərbaycanın maraqları, istər Cənubi Qafqazda baş verənlər, istərsə də beynəlxalq məsələlərlə bağlı daim iki dövlətin maraqlarını bir tutub”.

Ə. Həsənov jurnalistlərin suallarına cavab olaraq onu da bildirib ki, N. Sarkozinin Azərbaycana və bölgəyə səfəri ilə ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı səylərinə, əlavə olaraq Fransanın səyləri də qarışır.

Şöbə müdiri deyib ki, N. Sarkozinin bu səyləri Rusiyanın sıxışdırılması demək deyil: “Rusiya ayrılıqda Qarabağ probleminin həlli ilə daha intensiv şəkildə məşğul olurdu. Düşünürük ki, Fransanın məsələyə bu şəkildə fəal olaraq qoşulması gələcəkdə ABŞ-ın da bu məsələdə fəallaşmasını şərtləndirəcək. Hər üç dövlət mövcud “status-kvo”nun dəyişməsini istəyir. “Status-kvo”nun dəyişməsi isə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi deməkdir”.

Ə. Həsənov qeyd edib ki, Fransa prezidentinin səfəri, mövcud “status-kvo”nun qəbuledilməzliyi və dəyişdirilməsi barədə fikirləri Cənubi Qafqazda sülh yaratmağa əlavə töhfələr verəcək.






7 Oktyabr, 2011  16:54 Baxılıb: 1140 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner