Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Avropa Film Festivalının açılışı oldu

Beynəlxalq tədbir oktyabrın 10-na qədər davam edəcək

Bakıda Avropa Kino Festivalının açılışı ilə bağlıə mətbaut konfransı keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə Avropa İttifaqının rəhbəri, səfir Roland Kobia, Polşanın Azərbaycandakı səfiri Mixal Labenda, "Park Cinema"nın direktoru Namiq Quliyev və festivalın qonaqları rejissor Oliver Horley (Fransa), Maykl Qlavoqer (Avstriya), Marek Leçki ( Polşa), Gennadios Patsis (Yunanıstan), rejissorlar Kris Vrayt və Stefan Kolbe (Almaniya) də iştirak edib.

Qeyd edək ki, “Avropa Kino Festivalı 2011” Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqın üzv dövlətlərin Azərbaycanda təmsil olunan Səfirlikləri “Park Cinema” və “Azercell Telekom”la birgə təşkil olunub. Oktyabrın 10-na qədər davam edəcək festivalda tək müasir Avropa filmləri nümayiş olunmayacaq. Festivala Avropanın tanınmış rejissorları ilə yanaşı, aktyorları da qatılacaq. 

Avropa İttifaqının üzvləri olan Avstriya, Belçika, Çexiya, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Birləşmiş Krallıq, Yunanıstan və Fransa rejissorlarının çəkdiyi 11 film nümayiş olunacaq. Böyük Britaniya və Çexiyanın təqdim etdiyi yeniyetmələrdən bəhs edən filmlər xüsusilə gənc nəslin marağına səbəb olacağı gözlənilir. 

Festival çərçivəsində ilk olaraq Polşa rejissoru Marek Leçkinin “Erratum” (Səhv) filmi nümayiş olunub.

Qeyd edək ki, bütün filmlərə giriş pulsuzdur. Pulsuz biletləri oktyabrın 3-dən Park Cinemadan əldə etmək mümkündür. 

Avropa Kino Festivalının Bakıda keçirilməsində məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri daha da inkişaf etdirmək, Avropa kino sənayesi vasitəsilə Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.

Avropa Kino Festivalı filmlərin nümayiş cədvəli və təfərrüatları barədə əlavə məlumat üçün
www.parkcinema.az və ya www.eeas.europa.eu/delegations/azerbaijan səhifələrinə daxil ola bilərsiniz.






7 Oktyabr, 2011  15:21 Baxılıb: 1133 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner