Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mağazalarda 400 kq yararsız mallar aşkarlanıb

Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində Elşən Məmmədova, Əliheydər Rəsulova, Qasıməli Mustafayevə və Rasim Balyevə məxsus mağazalarda,

Yasamal rayonunda İ.Qutqaşınlı küçəsi, 3 ünvanında Əlihüseyn Əhmədova məxsus mağazada, G.A.Abbasov küçəsi, ev 22 ünvanında Asif Məmmədova məxsus mağazada, H.Cavid prospekti, 577-ci məhəllə, ev 87, mənzil 280 ünvanındakı “Şahdağ market”də, Ş.M.Xiyabani küçəsi, ev 8 ünvanında “NN market”də,

Binəqədi rayonunda 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 37 ünvanında yerləşən “Bizim market”də, Naxçıvani küçəsi, 5 ünvanındakı “Endi market”də, Binəqədi şossesində Fidan Şükürovaya məxsus mağazada və “Aqşin market”də, F.Rüstəmov küçəsi, 36 ünvanında yerləşən “Babək market”də,

Mingəçevir şəhərində 20 Yanvar küçəsində Elbrus Quliyevə məxsus mağazada, Xətai küçəsi, 1 ünvanında Xəzri Bayramova məxsus mağazada,

Gəncə şəhərində Təbriz küçəsi, 150A ünvanında Məhərrəm Əliyevə məxsus mağazada,

Cəlilabad rayonunda Qurtuluş küçəsində Xuraman Əliyevaya məxsus mağazada,

Şəmkir rayonunda Dəllər qəsəbəsi, N.Nərimanov küçəsində Azər Əmiraslanova məxsus mağazada,

Tərtər rayonunda H.Əliyev prospektində yerləşən “Yaşıl market”də

ümumi çəkisi 400 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






7 Oktyabr, 2011  03:00 Baxılıb: 989 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner