Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İlin sonunadək maaşlar artacaq?

Ekspert: “Artım kiçik rəqəmlərlə ifadə oluna bilər”

Bu ilin yekunlaşmasına 2 ay vaxt qalır, lakin hökumət hələ də əməkhaqlarının artırılmasına getməyib. Halbuki, cari ildə Azərbaycanda orta aylıq əməkhaqqının 379 manata çatdırılması planlaşdırılırdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 353.7 manat təşkil edir.

Onu da xatırladaq ki, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına imkan verir. Belə ki, büdcəyə edilən son əlavə və dəyişikliklər nəticəsində sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin həcmi çoxaldılıb. Sosial müdafiə və təminat xərcləri 1,6 milyard manat nəzərdə tutulub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, dövlət büdcəsinin imkanları əməkhaqlarının artırılmasına şərait yaratsa da, artım baş vermir: “2006-cı ilin yanvar ayının 1-nə qədər pensiyaya çıxan vətəndaşların pensiyalarının yenidən hesablanması əməkhaqqı artımlarını yubadıb. Belə ki, hökumət pensiya və əməkhaqqlarının artırılması məqsədilə dövriyyəyə çoxlu vəsait daxil etməkdən ehtiyatlanır. Çünki pensiya ilə yanaşı əməkhaqlarının artırılması istehlak bazarında ciddi qiymət artımlarına səbəb ola bilərdi”.

V. Bayramov ilin başa çatmasına az zaman qalmasına baxmayaraq, hökumətin əməkhaqqı artımına gedəcəyini istisna etmir: “Lakin artım kiçik rəqəmlərlə ifadə olunacaq. Ümumiyyətlə öncədən hökumətdə əməkhaqların hansı faizlərlə artırılacağına dair vahid fikir yox idi. Bəzi hökumət nümayəndələri ilin əvvəlində müzakirə edildiyi kimi əməkhaqlarının 20-25 faiz artırılmasını, bəziləri, o cümlədən Maliyyə Nazirliyi bu artımların 10-15 faiz intervalında reallaşmasını istəyir. Ola bilsin ki, tərəddüdlər də artımları yubadır”.






6 Oktyabr, 2011  23:31 Baxılıb: 2726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner