Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP SEÇKİYƏ QOŞULMADI

Hüseyn Paşayev: "Namizədlik fərdi qaydada irəli sürüləcək, YAP bu seçkidə partiya kimi iştirak etməyəcək”

Bu barədə APA-ya partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, YAP üzvləri boş bələdiyyə yerlərinin hamısında namizədliklərini irəli sürəcək: “Lakin namizədlik fərdi qaydada irəli sürüləcək, YAP bu seçkidə partiya kimi iştirak etməyəcək”.

Bununla yanaşı, H. Paşayev YAP-ın namizədliklərini fərdi qaydada irəli sürən təmsilçilərini müdafiə edəcəyini də vurğulayıb. Belə ki, YAP-çı namizədlərin təbliğat-təşviqat kampaniyası dövründə partiya tərəfindən onlara dəstək veriləcək.

Qeyd edək ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanılıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.

Seçki 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.






6 Oktyabr, 2011  19:39 Baxılıb: 1071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner