Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda adambaşına gəlir 5 dəfə artıb

Hazırda bu rəqəm 6 min dollardır

Son 10 ildə Azərbaycanın dövlət büdcəsi təqribən 18 dəfə artıb.

SalamNews xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin şura iclası və beynəlxalq konfransında çıxışı zamanı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, ölkədə adambaşına gəlir 2000-ci ilin əvvəllərində min dollar düşürdüsə, hazırda isə bu 6 min dolar təşkil edir.

Ölkənin valyuta məzənnəsinin 2002-ci ildən bəri sabit qaldığını bildirən Komitə sədri deyib: "Bu, ona dəlalət edir ki, ölkə əhalisinin gəlirləri artıb. Baxmayaraq ki, ölkədə ayrı ayrı sahələrdə inflasiya olub, hazırda ölkənin xarici borcunun məbləği ümumdaxili məhsulun 6 %-nin təşkil edir. Bu isə bir çox ölkələrlə müqayisədə ən yaxşı göstəricidir. İndi bütün dünya ölkələri fikirlərini bildirsələr də, bizdə son 10 ildə büdcə kəsiri defisiti 2,5-5 faiz olub. Hazırda isə defisit 1,5 faizdir".

Ziyad Səmədzadə vurğulayıb ki, Azərbaycan hər il büdcə xərclərinin 30%-ni infrastruktur layihələrinin icrasına yönəldir. Onun sözlərinə əsasən, yaxın 10 il ərzində ölkənin valyuta ehtiyatlarının 100 milyard dollara çatacağı gözlənilir. Bu da ölkədə özəl sektorun inkişafı üçün əlverişli mühitin daha da yaxşılaşmasına gətirib çıxaracaq.






6 Oktyabr, 2011  17:42 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner