Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“YAQUB PEYĞƏMBƏR” BAKIDA -EKSKLÜZİV

“Hz.Yusif” filmində Yaqub rolunu canlandıran aktyor Simsar.az-a danışdı 

Azərbaycanda İran mədəniyyət günlər ilə əlaqədar İran aktyoru Mahmud Pakniyat Bakıda səfərdədir. O, “Yusif” teleserialında Yaqub peyğəmbər rolunun ifaçısı kimi tanınır.
Azərbaycanda bu filmin bəyənildiyini deyən aktyor, Simsar.az-a müsahibəsində peyğəmbər rolunu canlandırmağın məsuliyyətindən danışıb: “Yaqub tarixi şəxsiyyətdir. O, aşiqdir. Həm Allaha, həm yoldaşına. O, Yusifin anası ilə evlənmək üçün yeddi il qaynatasına çobanlıq edib. Oğlu Yusifə də aşiq olan peyğəmbər ona qovuşmaq üçün 40 il əziyyət çəkməli, övladının yolunu gözələməli olub. Bu film “Quran”da göstərilən xəbərlər, əhvalatlar əsasında çəkilib. Ona görə peyğəmbər rolunu ifa etmək çətindir. Çünki Quranda yazılandan kənara çıxmaq olmur. Çərçivəni aşsaq dinə qarşı hörmətsizlik etmiş olarıq”.

Aktyor Yaqub rolunun onun xarakterində müsbət dəyişiklik yaratdığını deyib: “Hər bir aktyor oynadığı obrazı özünə uyğunlaşdırmağa çalışır. Müsbət xüsusiyyətlərini götürür, mənfi xüsusiyyətləri isə özündən uzaqlaşdırır. Mən də oynadığım bütün rollada belə etmişəm. Yaqub peyğəmbər roludur, çox təsirli bir obrazdır. Onun yaşadığı dövrlə müasir dövr fərqli olduğundan onun kimi yaşaya bilmərəm. Bu bir az çətindir. Amma dahi şəxsiyyətin rolunu ifa etməklə məndə səbrli, təmkinli olmaq kimi yaxşı xüsusiyyətlər formalaşıb”.

Azərbaycan müstəqil olandan sonra ilk dəfədir Bakıya gələn aktyor İran və Azərbaycan kinomatoqrafiyasının birgə əməkdaşlığına ümid etdiyini bildirib.
İran mədəniyyət günləri çərçivəsində tədbirlərə qatılan M.Pakniyat, burdakı tamaşaçıların məhəbbət və ehtiramları ilə qarşılaşdığını dilə gətirib: “Bakını bəyəndim. Buranın insanları da səmimidir”.

Aktyor qeyd edib ki, rolları fərqləndirmir həm ciddi, həm də komediya filmlərində çəkilir. Bu yaxınlarda komediya janrında “Patşah hekayətləri” adlı filmə çəkilən M.Pakniyat hazırda heç bir iş üzərində çalışmadığını qeyd edib: “Rolları fərqləndirmirəm, həm cidd, həm də komik rollarda çəkilirəm. Aktyor həm müsbət həm də mənfi rolları ifa edə bilər. Məsələn, “Hz. Süleyman səltənəti” filmində Süleymana qarşı vuruşan mənfi obrazı canlandırıram”.

M.Pakniyatin həyat yoldaşı da aktrisadır.

Arifə Mikayılova






6 Oktyabr, 2011  17:24 Baxılıb: 3321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner