Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"Apple"in yaradıcısı vəfat etdi

Kompüter dünyasının başı sağ olsun

Səhhətində yaranmış problemlər səbəbilə bir müddət əvvəl “Apple” şirkətinin direktorluğu vəzifəsindən istefa verən, kompüter dünyasının ən məşhur simalarından olan Stiv Cobs vəfat edib. Bu barədə açıqlama yayn “Apple” onun ruhunun əbədiyyətə qədər şirkət üçün ilham mənbəyi olacağını bildirib: ““Apple” vizion sahibi və yaradıcı bir dahini, dünya isə xariqüladə bir insanı itirdi. Stivi tanıyanlar və onunla birlikdə işələyəcək qədər bəxti gətirənlərimiz isə yaxşı bir dostu və ilham verici rəhbərini itirdi. Stiv arxada sadəcə onun yarada biləcəyi şirkət qoyub getdi və onun ruhu əbədiyyətə qədər “Apple”nin ilham mənbəyi olacaq”.

1955-ci ildə Kaliforniyada anadan olmuş Stiv Cobs, valideyn diqqətindən kənarda qalıb. 16 yaşında tərəfdaşı Stiv Voznyakla birlikdə ilk “Apple” personal kompüterini yaradıb. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan Stiv Cobsu və Voznyakı bu sahədəki xidmətlərinə görə medalla təltif edib. Bundan sonra Cobs şirkətdən gedib və “Apple”nin mövqeləri bazarda zəifləyib. 1997-ci ildə Cobsun şirkəti qayıtması onu yenidən dünya birincisi edib. İndiyə qədər dünyada təxminən 108 milyon ədəd “iPhone” telefonu satılan “Apple” dünyanın ən bahalı şirkəti sayılır. Hazırda korparsiyanın büdcəsi 349 milyard dollara yaxındır. Artıq “iPhone 4S”-dən sonra “iPhone-5”-in bazara daxil olacağı məlumdur.

Qeyd edək ki, “Apple” şirkəti Stiv Cobs barədə ürək sözlərinin və təziyə məktublarının rememberingsteve@apple.com ünvanına göndərilə biləcəyini qeyd edib.






6 Oktyabr, 2011  13:36 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner