Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

AYGÜN KAZIMOVADAN BAYRAĞIMIZA HƏQARƏT- VİDEO

Açıq-saçıq geyimləri ilə klipi “zənginləşdirən” müğənninin bayrağa bürünməsi narazılıq doğurdu

Xalq artisti Aygün Kazımovanın yeni "Düşün məni" klipində Azərbaycan bayrağı əks olunmuş geyimlə çıxış etməsi narazılıqla qarşılanıb. Klipdə açıq-saçıq geyimlərilə diqqəti cəlb edən xanım müğənni çimərlik paltarını dəyişərək qəfildən “vətən sevgisi”ni nümayiş etdirir. Mahnının sözlərilə görüntülər arasında məntiqi bağlılığın olmaması nəzərdən yayınmır.

70 min avroya başa gələn "Düşün məni" klipini türkiyəli 22 nəfərlik peşəkar heyətin çəkdiyi bildirilir. Amma klipin ideyasında ciddi boşluqların olduğu ilk baxışdan sezilir. Klip tamaşaçıların ixtiyarına buraxılıb. Orada diqqət cəlb edən məqam qeyd olunduğu kimi heç bir zərurət olmadan müğənnin bayrağa bürünməsidir.
Kliplə sözlər arasında əlaqələr olmadığı kimi, müğənnin birdən-birə bayrağı bənzədən libasda görünməsinin mahiyyəti bilinmir.

Artıq ictimaiyyətin tanınmış şəxsləri də, bu görüntülərə etiraz edir.

Sosial Demokrat Partiyasının sdəri Araz Əlizadənin Simsar.az-a açıqlamasında klipə münasibəti belə olub: “ Azərbaycan mədəniyyətində ciddi böhranın yaşanır. Artıq telekanallara, xüsusilə də, mədəniyyət verilişlərinə baxmıram. Aygün Kazımovanın qızının adının kimlərləsə hallanması aktual məsələ kimi təqdim olunur. Anası da Azərbaycan bayrağını bədən üzvlərinə sürtməklə məşğuldur. Bu utancverici hərəkət yolverilməzdir. Türkiyə bayrağını paltar edib səhnəyə çıxsaydı, Aygün Kazımovanı elə yerindən asardılar ki, bir daha o, səhvi etməzdi”.

Klipin qəhrəmanı Aygün Kazımova isə iradlarla razılaşmır. Müğənni Simsar.az-a açıqlamasında bildirir ki, onun paltarının bayraq rəngində olmasında heç bir qəbahət yoxdur: “Buna görə məni qınayan da olmayıb. Lazım gələrsə, mən daha geniş açıqlama verə bilərəm”.

RUSLAN






5 Oktyabr, 2011  20:02 Baxılıb: 1591 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner