Kimya üzrə Nobel mükafatı laureatının adı açıqlandı
Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 2011-ci ildə kimya üzrə Nobel mükafatına israilli alim Daniel Şextman layiq görülüb.
O, kvazikristalların kəşfinə görə bu mükafata layiq görülüb. Nobel mükafatları dekabrın 10-da Stokholmda keçiriləcək təntənəli mərasimdə sahiblərinə təqdim olunacaq.