Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vergi borclu olanlara "ölkədən getmə" yasağı

Verglər Nazirliyi məhkəməyə müraciət edib

Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hazırda verilmiş təqdimatlar əsasında məhkəmə qərardadı ilə bir Türkiyə vətəndaşının Azərbaycandan getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb. Eyni zamanda, Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti tərəfindən 6 fiziki şəxs, o cümlədən 3 əcnəbi və 3 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat barədə borcluya məlumat verildikdən sonra həmin şəxslər tərəfindən müvafiq müsadirə məbləğləri dövlət büdcəsinə ödənilib.

Qeyd edilir ki, «İcra haqqında» qanuna 2010-cu ilin iyunun 18-də edilmiş əlavə və dəyişikliklərə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu vergi ödəyiciləri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Bakı şəhəri Vergilər Departamenti tərəfindən sözügedən qanunun tələblərinin icrası ilə əlaqədar müsadirə borcu olan 50 fiziki şəxsin ölkədən getmək hüququ müvafiq qaydada məhdudlaşdırılması istiqamətində tədbirlər görülməkdədir. Müsadirə borcu olan daha 10 əcnəbi vətəndaşın və 40 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı 2011-ci il avqustun 17-dən etibarən Vergilər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq şöbələrinə müraciətlər edilib.






4 Oktyabr, 2011  20:24 Baxılıb: 1435 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner