Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq artisti töhmət aldı

Akademik Milli Dram Teatrının direktoru Nurəddin Mehdixanlıya töhmət verib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatrın aktyoru, xalq artisti Nurəddin Mehdixanlıya töhmət verib. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, İsrafil İsrafilovun bu addımı atmasına xalq artistinin Yaltada keçirilən “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxması səbəb olub. Bildirilir ki, Nurəddin Mehdixanlının bu hərəkəti Yalta Teatr Festivalının təşkilatçılarını da təəccübləndirib. Təşkilatçılar bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə kəskin etirazları bildiriblər.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı Yalta festivalında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirib. Tamaşada Qarabağla bağlı həqiqətlər ön plana çəkilir. Rejissor Bəhrəm Osmanovun quruluş verdiyi tamaşada baş rolları xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva ifa ediblər.

Nurəddin Mehdixanlı məsələyə münasibət bildirmək istəməyib.






4 Oktyabr, 2011  17:32 Baxılıb: 1357 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner