Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mİlli Məclisdə yenilik

2012-ci ilin büfcə zərfi öncə ictimai müzakirəyə çıxarılacaq

“Gələn ilin büdcəsinə hələ ölkə Prezidenti baxmayıb. Büdcə bizə də gəlməyib. Büdcə gələr, birlikdə müzakirə edərik”. Bunu Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Milli Məclisdən saytımıza gələn ilin büdcə zərfi ilə bağlı bir maraqlı məlumat da verilib. Bildirilib ki, 2012-ci ilin büdcəsi parlamentdə müzakirə olunmazdan əvvəl ictimai müzakirəyə çıxarılacaq. Bu isə büdcə müzakirələri tarixində yenilikdir.

Məsələyə münasibət bildirən Z.Səmədzadə deyib ki, o, büdcə ilə əlaqədar həmişə bütün ictimaiyyətə məlumat verməyə hazırdır.
“Milli Məclisdən əvvəl ictimai müzakirələrə profesionalların dəvət olunmasına isə etiraz etmirəm”-deyə komitə sədri bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
İclasın sonunda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin və digər müvafiq sənədlər zərfinin ölkəmizin Prezidentinə təqdim olunması barədə qərar qəbul edilib.

Rəsmi məlumata görə, 2012-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılmasına yönələn sosial-iqtisadi siyasətin davam etdirilməsi, dünya iqtisadiyyatında gözlənilən meyillər və müşahidə olunan qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatda əldə olunan nailiyyətlərin qorunub saxlanması və inkişafı nəzərə alınmaqla tərtib edilib.

Layihə hazırlanarkən Azərbaycan dövlətinin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.
2012-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ümumiqtisadi tarazlıq və dövlətin əsas funksiyalarının təmin olunması prinsiplərinə əsaslanaraq yanaşılıbr. 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon 400 min manat təşkil edir. Xərclər hissəsi isə 16 milyard 984 milyon 400 min manat proqnozlaşdırılıb. Ümumi daxili məhsul (ÜDM) 43,5 milyard manat həcmində nəzərdə tutulur.

Növbəti ilin dövlət büdcəsinin sosial yönümlüyü və investisiya xarakterli olması təmin edilib. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərcləri nəzərə almaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclər artıb.

Konsepsiya və proqnozların hazırlanması prosesində 2011-ci ilin gözlənilən yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının davamlılığının təmin edilməsi şərtləri və gələcək inkişafa təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyilləri, neftin dünya qiymətinin dəyişkənliyi və digər faktorlar nəzərə alınıb.

2012-2015-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları, o hazırlanarkən beynəlxalq təşkilatların, bank və maliyyə qurumlarının proqnozları, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və bu proqnozlara təsir edə biləcək amillər təhlil edilib.

2012-ci il üçün ÜDM-in real artım tempi 5,7 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 8,6 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 80 dollar, inflyasiyanın səviyyəsi isə 6 faiz həcmində nəzərdə tutulur.






3 Oktyabr, 2011  17:00 Baxılıb: 1117 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner