Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nabucco konsorsiumu Azərbaycana təklif ünvanladı

Qurumun icraçı direktoru yeni marşrut təklif edib

Nabucco Gas Pipeline International konsorisumu Azərbaycana qaz "Şahdəniz" yatağı ilə bağlı müfəssəl təklifini təqdim edib. ANS PRESS-in məlumatına görə, bu təklif şənbə günü təqdim edilən Nabucco-nun hesabatında qeyd olunur. Nabucco Gas Pipeline International-ın icraçı direktoru Reynhard Mitçekin sözlərinə görə, bu "Şahdəniz" in ikinci mərhələsində hasil edilən qaz üçün ən yaxşı ixrac marşrutudur.

Qeyd edək ki, Nabucco layihəsilə Xəzər dənizi regionunda hasil edilən qazın Yaxın Şərq və Avropa İttifaqı ölkələrinə ötürülməsi nəzərdə tutulub. 3900 km uzunluğunda olacaq boru kəmərinin tikintisinə 2013-cü ildə start verilməsi planlaşdırılır.

Nabucco ilə qazın ilk ötürülməsi 2017-ci ilə planlaşdırılır. Layihənin maksimum gücü ildə 31 milyard kub metrdir. Nabucco layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir.






1 Oktyabr, 2011  20:25 Baxılıb: 1022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner