Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbycanın yeni büdcəsi - 2 milyard manat

Büdcə xərcləri 30 faiz artacaq

"Ayna" qəzeti yazır ki, Maliyyə Nazirliyi 2012-ci il və sonrakı 3 il üzrə dövlət büdcəsi layihəsini Nazirlər Kabinetinə təqdim edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin sözlərinə görə, 2012-ci il dövlət büdcəsi dinamik inkişafı əks etdirən makroiqtisadi göstəricilərə əsaslanır və bir sıra pozitiv meylləri özündə əks etdirir.

Gələn ilin büdcə zərfində proqnoz göstəricilər indiki büdcə zərfi ilə müqayisədə bir qədər yüksəkdir. Layihədə həm ümumi daxili məhsulun artım dinamikası və iqtisadiyyatın müxtəlif sahələri üzrə inkişaf indikatorları nəzərə alınıb və buna uyğun təmkinli, praqmatik və inkişafa zəmin yaradan büdcə paketi tərtib olunub. Piriyevin qeyd etdiyinə görə, büdcədə sosialyönümlülük, investisiyatutumluluq qabarıqdır.

Büdcənin gəlir və xərclərində artım olsa da, ümumilikdə büdcə zərfinin həcmi və sahələrarası xərclərin strukturunu əks etdirən rəqəmlər bir müddətdən sonra açıqlanacaq. Amma 2012-ci il büdcəsində artımın ən azı 30 faiz olacağı gözlənilir. Bu isə büdcə gəlirlərinin 17 milyard manata, yaxud 22 milyard dollara bərabər olması deməkdir. Bununla bərabər, büdcədə neftin baza qiymətinin 1 barel üçün 80 dollar səviyyəsində nəzərdə tutulması artıq qətiləşib. MN bunu indiki neft bazarı üçün ən optimal qiymət sayır.

Büdcə xərclərinin 2011-ci ilə nisbətən təqribən 30 faiz artacağı da gözlənilir. Büdcə gəlirlərində Dövlət Neft Fondundan transferlərin həcminin ən azı 5-7 milyard manat olacağı da istisna deyil. Vergilərin həcminin 25 faizdən çox artırılması da nəzərdə tutulur. Gələn il vergi, gömrük rüsumlarının, digər sahələr üzrə büdcəyə ödəmələrin artırılacağı müəyyənləşib. MN yeni ilin büdcə zərfində iqtisadi siyasətin bütün konturlarının reallaşması üçün yetərli qədər maliyyə vəsaiti ayrılacağına da əmin edir.

Sosial və investisiyayönümlü islahatlar, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, ölkənin müdafiə potensialının gücləndirilməsi, enerji və ərzaq təhlükəsizliyi, sahibkarlığın, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi ilə bağlı müddəalar üstünlük təşkil edir. Büdcədə hərbi, təhsil və sosial müdafiə sahələrinə çəkiləcək xərclər üstün yer tutur. Təhsil, səhiyyə bölmələrinə ayrılmış vəsaitin həcmində artım hiss olunacaq. Sosial sahə üzrə xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqı və pensiyaların artırılması, aztəminatlı ailələrə yardım məqsədi ilə kompensasiyalar, ipoteka kreditlərinin maliyyələşdirilməsi və digər istiqamətləri əhatə edir. Buraya səhiyyə sahəsində xidmət səviyyəsinin daha yüksək şəkildə təşkil olunması, islahatlar, xəstəxana, poliklinika, digər tibb müəssisələrinin tikintisi və bərpası, eləcə də bu bölmədə tədqiqatların aparılması kimi xərclər daxildir.

Gələn ilin büdcə zərfində infrastruktur, tikinti və kənd təsərrüfatı sektoruna ayrılan xərclərin də həcmində artım nəzərə çarpır. Aqrar sahədə tədbirlərin və digər layihələrin reallaşması üçün büdcədən ən azı 500 milyon manat vəsait ayrılması gözlənilir. Sahibkarlığın inkişafı, iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə dövlət dəstəyi və sair layihələrin maliyyələşdirilməsi üçün gələn il 200 milyon manatdan çox vəsait xərclənəcək. Eyni zamanda digər mənbələr və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına kiçik və orta sahibkarların maliyyə təminatının daha da yaxşılaşdırılması planlaşdırılıb.






1 Oktyabr, 2011  17:56 Baxılıb: 1103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner