Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternetdən istifadənin qiymətləri endirildi

Rabitə Texnologiyaları Nazirliyi məlumat yayıb

İnternetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar Azərbaycanın dövlət internet provayderləri - Aztelekom.net və Bakinternet oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salınması barədə elan ediblər.

 Rabitə və İnformsiya Texnologiyaları Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50 faiz arasında aşağı salınıb (orta hesabla 40 faiz). 

Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.

Qeyd edək ki, hökumətin apardığı qiymət siyasəti sayəsində son illər ölkədə internet xidmətlərin tarifləri durmadan azaldılır, bu isə həm informasiya-kommunikasiya texnologiyalarının, həm də ümumilikdə iqtisadiyyatın inkişafına müsbət təsirini göstərir. Bir sıra beynəlxalq təşkilatlar da öz reytinq cədvəllərində bu faktı yüksək qiymətləndirirlər. Respublika əsas internet magistrallardan bir qədər kənarda yerləşsə də, ölkədə internet xidmətlərinin qiymətləri regionla müqayisədə aşağıdır və son qiymət endirimləri bu mövqeyi daha da möhkəmləndirəcək.






30 Sentyabr, 2011  19:28 Baxılıb: 1069 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner