Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Ultionis” bədii filmində jurnalıistlər də çəkilə bilər-FOTO

Filmin son epizodunda çəkilmək üçün qəzet jurnalistlərinə müraciət olunacaq 

Azərbaycan filmi olan “Ultionis” psixoloji trillerinin çəkilişləri yekunlaşır. Simsar.az saytının əməkdaşı ilə söhbətində bu barədə filmin quruluşçu rejissoru və ssenari müəllifi Nicat Qafuroğlu məlumat verib.

Quruluşçu rejissor bildirib ki, sentyabrın 27-də xalq artisti Həmidə Ömərovanın iştirakı ilə “Ultionis” in daha bir neçə epizodunun çəkilişləri gerçəkləşib: “Çəkilişlər uğurla davam edir. Həmidə xanıma ssenairdəki obrazı bu qədər təbii canlandırdığı üçün təşəkkür edirəm. Ümumiyyətlə istərdim, filmin bütün yaradıcı və texniki heyətinə minnətdarlıq edim. Hər şey ürəyimizcədi. “Ultionis”in çəkilişləri yekunlaşır. Bir neçə epizodumuz qalıb ki, məhz onlarla bağlı orijinal fikirlərimiz var”.

N.Qafuroğlunun sözlərinə görə, filmin əsas qəhrəmanı jurnalist olduğu üçün son epizodda jurnalistlərin əməyindən istifadə etməyi düşünürlər: “Mənimlə yanaşı Ceyhun Musaoğlu da filmin ssenari müəllifidi. Bildiyiniz kimi, ikimiz də jurnalistik. Hansı yaradıcı sahəyə müraciət etməyimizə baxmayaraq, özümüzü qəzet jurnalistikasından kənarda təsəvvür etmirik. Demək olar ki, bütün jurnalistlərlə dostuq. İstəyirik, onlar da filmimizdə görünsün. Çəkəcəyim epizodlardan biri redaksiyada baş verən hadisəni əhatə edəcək. Təbbi ki, iş otağında müxbirlər oturmalıdı. Qəzet jurnaslitinin efir imkanları azdı, oxucu onların çox vaxt fotosunu görür. sevimli jurnalistinin bədii obrazda görmək oxucu üçün maraqlı olar. Bu məntiqlə jurnalistləri filmimizdə çəkilməyə dəvət edirik. Onları “Ultionis”də görmək xoşdur”.

Nicat Qafuroğlunun eyniadlı romanının motivləri əsasında bir ildir çəkilişləri davam edən “Ultionis” filminin ssenarisini Nicat Qafuroğlu və Ceyhun Musaoğlu yazıb.






30 Sentyabr, 2011  19:21 Baxılıb: 1800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner