Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İBM” “Microsoft”u geridə qoyub

“İBM” korporasiyası bazar kapitallaşdırması göstəricisinə görə “Microsoft”u ötərək, dünyanın ikinci ən bahalı İT şirkəti olub.

Bazar məlumatlarına əsasən, “İBM” korporasiyasının kapitallaşdırma göstəricisi bugünkü gün üçün 214 milyard dolları ötüb, lakin “Microsoft”un göstəricisi 213,2 milyard dollara qədər azalıb.

Analitiklər bildiriblər ki, “İBM” korporasiyası kapitallaşdırma göstəricisinə görə “Microsoft”u 1996-cı ildən bəri ilk dəfə keçib.

“Bloomberg” agentliyinin statistik məlumatlarına əsasən, “İBM” korporasiyası kapitallaşdırma həcminə görə dünyanın dördüncü şirkəti olub. Ondan irəlidə yalnız xammal şirkətləri, həmçinin “Apple” yerləşiblər.

“İBM” korporasiyasının baş direktoru Sem Palmizano hələ 2004-cü ildə fərdi kompyuter biznesinin satışı və şirkətin korporativ texnologiyalar və İT xidmətlərdə konsentrasiyası haqqında qərar qəbul edib.

“Microsoft” isə istehlakçılar üçün xidmət və onlayn reklam istiqamətində genişlənməyə başlayıb. Lakin, “Microsoft” korporasiyasının bugünkü gün üçün gəlirinin əsas hissəsi əvvəlki kimi “Windows” və “Office” satışlarından əldə olunur.

Cari ilin əvvəlindən “İBM” səhmləri 22% bahalaşıb, halbuki “Microsoft” səhmləri isə 8,8% ucuzlaşıb.

“Apple” şirkətinə gəlincə, bu şirkət hələ keçən il “Microsoft”u kapitallaşdırma göstəricisinə görə ötüb. Hal-hazırda “Apple” şirkətinin bazar qiyməti 362,1 milyard dollar təşkil edir.






30 Sentyabr, 2011  18:17 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner