Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

"bp" Azərbaycana 31 milyard dollar yatırmaq istəyir

Ekspertlərin fikrincə, Azərbaycan qazının Şərqi Avropaya çıxarılması ilə bağlı qərar qəbul olunmaq ərəfəsindədir

Böyük Britaniyanın “bp” şirkəti Azərbaycana təxminən 31 milyard dollar investisiya yatırmaq niyyətindədir. Bunu Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, “bp” artıq 20 milyard funt sterlinq “Şahdəniz”ə yatırım edib və yenidən bu yatağa 20 milyard funt-sterlinq yatırmağı düşünür: “Bu nəinki Azərbaycan, ümumiyyətlə bütün region üçün iqtisadi inkişafa təkan verir. Neft ehtiyatları baxımından yeni kəmərlərin inşası bizim prioritetlərimizə aiddir. Britaniya hökumətinin mövqeyi budur ki, biz siyasi deyil, iqtisadi və ticari baxımdan önəmli olan layihələrə üstünlük veririk”.

İnvestisiyaların əsasən neft-qaz sahəsinə yatırıldığını bildirən nazir deyib ki, Böyük Britaniya Azərbaycanda maliyyə, tikinti sənayesi və digər sahələrə də sərmayə qoymaq niyyətindədir.

Ekspertlərin fikrincə, Böyük Britaniyanın enerji nazirinin Azərbaycana səfəri Azərbaycan qazının Şərqi Avropaya çıxarılması ilə bağlı qərarın artıq qəbul olunmaq ərəfəsində olduğundan xəbər verir.

İqtisadçı-ekspert Zöhrab İsmayılın sözlərinə görə, yaxın günlərdə “Şahdəniz” qazının Avropa bazarlarına nəqli ilə bağlı razılaşma həll olunacaq, qərar qəbul ediləcək: “Bundan əvvəl bir neçə variant nəzərdən keçirildi. Cənub, şimal və müxtəlif variantlar. Ancaq bu onu göstərir ki, məhz “bp”nin təklif etdiyi variant 1300 km-lik boru xətti, Türkiyə ilə Şərqi Avropaya çıxacaq boru xətti məhz son qərarla bağlı olacaq”.

Xatırladaq ki, Azərbaycana investisiyalar yatıran ölkələr sırasında Böyük Britaniya birinci yer tutur. Azərbaycana yatırılan xarici investisiyanın 50 faizdən çoxu məhz Böyük Britaniya şirkətlərinə məxsusdur.






30 Sentyabr, 2011  02:37 Baxılıb: 1055 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner