Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İbtidai sinif dərslikləri niyə qüsurludu?

Təhsil Nazirliyi cavab verdi

Azərbaycan Təhsil Nazirliyi ibtidai siniflər üçün dərsliklərin dil və proqramlarının çətinliyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

İbtidai sinif şagirdlərinin valideynləri hesab edirlər ki, bu şagirdlər üçün müəyyənləşdirilmiş dərs proqramları mürəkkəbdir, onların yaşına uyğun deyil, dərsliklərdə şagirdlərin başa düşə bilməyəcəyi sözlərdən istifadə edilir. Bu isə şagirdlərin proqramı mənimsəməsində çətinlik yaradır.

Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə cümə axşamı Trend-ə verdiyi açıqlamasında bildirib ki, dərsliklərin proqramını çətin hesab etmir.

O, dərsliklərin proqramlarının sadələşdirilməsinin tamamilə əleyhinə olduğunu qeyd edib.

Şahbazlının fikrincə, dərslikdə hər hansı uşağın başa düşə bilməyəcəyi tapşırıq verilə bilər. Amma bu, o demək deyil ki, dərslik bütün uşaqlar üçün çətin dildə yazılıb və proqramı çətindir.

"Valideynə hər hansı söz çətin gələ bilər. O, "mən bunu başa düşə bilmirəmsə, uşaq necə başa düşsün" deyə fikirləşə bilər. Mən bütün valideynlərə hörmətlə yanaşıram. Amma bütün valideynlər qeyd edilən sahələr üzrə mütəxəssis deyillər. Valideynlər bilməlidirlər ki, dərslik elə-belə hazırlanmır. Kitablar ərsəyə gələnə qədər bir necə instansiyadan keçir", - Şahbazlı deyib.

Nazirlik rəsmisi əlavə edib ki, əslində, dərsliklərə bəzi çətin hesab edilən sözlərin və tapşırıqların daxil edilməsi uşaqları yeniliklərlə tanış etmək məqsədi daşıyır.

Şahbazlı dərslikdəki bəzi sözlərin izah və tapşırıqların həll edilməsində müəllimlərin də xüsusi rolunun olduğunu bildirib.

"Bu gün uşaqlar müasir texnoloji avadanlıqların olduğu dövrdə yaşayırlar. Bu uşaqlar onsuz da yeni avadanlığı görürlər və onunla tanışdırlar. Əlbəttə, kənd rayonlarında yaşayan hər hansı uşaq tomoqrafiya aparatını tanımaya da bilər. Amma o uşaq da dərsdə eşidir ki, bu aparat nədir. Müəllim də uşaqlara bu yenilikləri öyrətmək və izah etməkdə vacib rol oynayır", - şöbə müdiri əlavə edib.

Nazirlik rəsmisi bildirib ki, dərsliklər sadələşdirilməməli və onun hazırlanmasında sosial bərabərlik prinsiplərinə riayət edilməlidir. Bu isə o deməkdir ki, eyni bir sinif şagirdləri üçün dərslik hazırlanarkən orada həm yüksək, həm də zəif səviyyəli uşağın ola biləcəyi nəzərə alınmalıdır.

Şahbazlı deyib ki, dərslik hazırlanarkən bütün tapşırıqları ya tamamilə zəif, ya da tamamilə əlaçı uşaqların səviyyəsinə uyğun tərtib etmək olmaz. Dərsliklərdə orta səviyyəli tapşırıqlar olmalı və uşaqların real tələbatı öyrənilməlidir.






29 Sentyabr, 2011  19:00 Baxılıb: 2204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner