Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Avropa və Asiya arasında yeni neft dəhlizi yarana bilər

Bunu nazir Natiq Əliyev deyib

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Transxəzər neft kəmərinin inşası layihəsinə toxunan nazir qeyd edib ki, layihənin uğurlu icrası yekunda Avropa və Asiya arasında yeni neft dəhlizi yaradacaq: «Hazırda Qazaxıstanda artıq kəşf olunmuş və böyük ehtiyatları malik olan «Kaşaqan» neft yatağı mövcuddur ki, yatağın hələ işə salınması ilə bağlı müəyyən problemlər var. Yataq işə salınandan sonra Qazaxıstan öz neftini nəinki Rusiya ərazisi ilə, həmçinin Qara dənizlə Ukraynaya çatdırmaq və Odessa-Brodı kəməri ilə Polşayadək və buradan Baltik dənizi ilə digər Avropa ölkələrinə nəql etmək niyyətindədir», - deyə N.Əliyev bildirib.

Nazir onu da qeyd edib ki, Odessa-Brodı-Plotsk-Qdansk marşrutu ilə neft bor kəmərinin inşası layihəsi üzrə Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litva birgə «Sarmatiya» şirkətini yaradıb: «Artıq layihənin texniki-iqtisadi əsaslandırılması hazırdır və Avropa İttifaqının müvafiq komissiyasına təqdim olunub. Öz növbəsində Polşa və Ukrayna ərazisində müəyyən işlər görülməlidir ki, maliyyə vəsaitinin olmaması bu işləri ləngidir. Lakin hazırda Polşa və Ukrayna Avropa İttifaqı ilə birlikdə Odessa-Brodı neft kəmərinin yenidən qurulması üçün vəsaitin ayrılması məsələsini müzakirə edir».

Transxəzər neft kəməri layihəsinin icrası məsələsinin əsasən Qazaxıstandan asılı olduğunu qeyd edən N.Əliyev həmçinin bildirib ki, Qazaxıstan bu istiqamətdə müəyyən işlər həyata keçirməlidir: «Qazaxıstan «Kaşaqan»dan Kırık limanınadək yerüstü kəmər tikməli, Kırık limanını yenidən inşa etməlidir. İlkin olaraq limandan ilk fazada ildə 37 mln. ton neftin Xəzər dənizi ilə nəql olunması nəzərdə tutulur. Transxəzər neft kəmərinin inşası layihəsinədək Qazaxıstan nefti tankerlərlə daşınacaq, daha sonra isə ola bilsin ki, yeni bir sualtı kəmər inşa olunsun. Qərarı Qazaxıstan verməlidir, Azərbaycan onları dəstəkləyir».

Azərbaycanın Dübəndi və Səngəçal terminallarına toxunan nazir qeyd edib ki, hazırda Azərbaycan Qazaxıstandan ildə 20 mln. ton nefti qəbul edərək digər ölkələrə ixrac edə bilər: «Lazım olsa, biz bu işləri davam etdirə bilərik».






29 Sentyabr, 2011  18:38 Baxılıb: 1068 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner