Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abel Məhərrəmovun qonağı olub

BDU-nun rektoru ukraynalı həmkarı ilə görüşüb

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov O.Qonçar adına Dnepropetrovsk Milli Universitetinin (Ukrayna) rektoru Nikolay Viktoroviç Polyakovu və elmi-pedaqoji iş üzrə prorektoru Sergey Aleksandroviç Çernetskini qəbul edib. BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, A.Məhərrəmov qonaqlara universitetin beynəlxalq əlaqələrindən danışıb.

O.Qonçar adına Dnepropetrovsk Milli Universitetinin rektoru Nikolay Viktoroviç Polyakov BDU ilə əməkdaşlığın səmərəli nəticələr verəcəyini qeyd edib. Görüşün nəticəsi olaraq universitetlər arasında anlaşma memorandumu imzalanıb. Memorandum tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakını nəzərdə tutur.

İmzalanma mərasimindən sonra akademik A.Məhərrəmov memorandumun kağız üzərində qalmayacağını, təhsil və elmin inkişafı baxımından səmərəli olacağını qeyd edib.






28 Sentyabr, 2011  21:00 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner