Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qulaqlıqların fəsadları aşkar olunub

Hakerlər telefona girir, qəza riskləri artır, qulaq kar olur və s.  

Cib telefonları və radio üçün istifadə olunan qulaqlıqlara etibar etmək olmaz.
Hakerlər qulaqlıqla teleaon arasında Bluetooth əlaqəsindən istifadə edərək telefonun yaddaşına girə bilirlər.

Mütəxəssislər gənclərin qulaqlıqla yüksək səslə musiqi dinləmələrinin onlarda eşitmə problemi yaratdığını bildirirlər.

Pamukkale Universiteti (Pau) Tibb Fakültəsi Qulaq Burun Boğaz (KBB) Xəstəlikləri Fundamental elm sahəsi Başçısı Prof. Dr. Bülent Topuz bu sahədə apardığı araşdırmalardan sonra yüksək səsin qulaq sağlamlığına zərər vurduğu qənaətinə gəlib.

Uzun müddət yüksək səsə məruz qalmanın eşitmə probleminə gətirib çıxardığını deyən Topuz, bildirib ki, eşitmə itkisi başlanğıcda keçicidir: “Bir müddət sonra qalıcı hala çevrilir. Daha çox gənclər tərəfindən yolda, kütləvi nəqliyyat vasitələrində musiqi dinləmək üçün istifadə edilən qulaqlıqlar səsin birbaşa qulaq içinə ötürülməsini təmin edir. Uzun müddət bu səsə məruz qalındığı vaxt keçici eşitmə itkinləri meydana çıxa bilir. Daxili qulaq həssaslığı olan kəslərdə eşitmə problemi ciddiləşə bilər”.

12-19 yaş qrupunda son dövrdə qulaqlıqla yüksək səs musiqi dinləməyə bağlı eşitmə itkisinin artıb. Əgər qulaqlıqdan gələn səs 90 desibeli keçirsə təhlükə daha da artır.

Qeyd edək ki, qulaqlıqlar insan səhhətinə, psixikasına mənfi təsirlə yanaşı, insan həyatına da təhlükə törədən amillərdən biri sayılır. Bakıda Metropoliteninin stansiyalarından birində müşahidə olunan hadisə də belə deməyə əsas verir. Belə ki, qatarın gəlməsini gözləyən bir gəncin qulaqlıqlar vasitəsilə musiqi dinləməsi az qala ona həyatı bahasına başa gələcəkdi.

Musiqiyə qulaq asan gənc qulaqlıqdan istifadə etdiyinə görə qatarın siqnalını eşitməmiş və nəticədə ağır xəsarət almışdı. Eyni hal avtomobil yollarında da bir neçə dəfə müşahidə olunub. Qulaqlıqdan istifadə edən şəxslər yol keçərkən maşın siqnalını eşitmir və bir çox hallarda bu ölümlə nəticələnir.

RAMİL






28 Sentyabr, 2011  20:52 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner