Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputat nardaranlıları borclu çıxardı

Onlar elektrik borclarını ödəməlidilər

Bu gün Bakının Naradaran qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Onlar qəsəbəyə gedən yolu bağlayıblar. Məsələylə bağlı Simsar.az saytı bu bölgənin millət vəkili Eldar Quliyevlə əlaqə saxlayıb. Deputat hadisədən xəbəri olduğunu deyib. 

“Mən bu hadisədən xəbər tutan kimi həmin kəndin ağsaqqalları Hacı Hacıağa və Hacı Eldarla görüşdüm. Məsələnin səbəbini bəzən başqa şəkildə izah etməyə çalışırlar. Bu gün kənddə elektrik enerjisi verilir. Amma bəziləri söyləyirlər ki, elektrik enerjisi yoxdur. Sadəcə, burada əsas məsələ ödəmələrlə bağlıdır. Məsələ ondadır ki, bu gün kənd sakinləri istehsal etdikləri enerjinin pulunun heç 30 faizini vermirlər. Mən elə kəndin ağsaqallarının yanında “Bakıelektrikşəbəkə”nin rəhbəri Baba Rzayevlə əlaqə saxladım. O qeyd etdi ki, kənd əhalisi istehlak etdikləri elektrik enerjisinin heç olmasa 30 faizinin pulunu ödəsinlər. Sonra bu məsələlər həll olunsun. Kənddə elektrik enerjisinin təminatı ilə bağlı problem yoxdur, sadəcə ödəmələr məsələsində problem olduğu üçün elektrik enerjisinin verilməsində fasilələr yaranıb”.

Deputat onu da qeyd edib ki, belə fikir formalaşmasın ki, bu köhnə borclarla bağlıdır: “İndi yığılıb qalan borc 2011-ci ildə vətəndaşların istehlak etdikləri elektrik enerjisi ilə bağlı borclardır”.






27 Sentyabr, 2011  22:06 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner