Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

YUNANISTANDAN TÜRKİYƏYƏ XƏBƏRDARLIQ

Yunanıstan Türkiyəni regionda gərginliyi artırmaqdan çəkinməyə çağırıb

Yunanıstanın Baş naziri Georgios Papandreu türk həmkarı Abdullah Gül ilə telefon danışığı apararaq, Türkiyə tərəfini regionda gərginliyə səbəb ola biləcək Aralıq dənizində karbohidrogen kəşfiyyatı məsələsində birtərəfli davranışlardan çəkinməyə çağırıb.Bu barədə "Royters" agentliyi Yunanıstan hökumətinin nümayəndəsi İlias Mosialosa yazır.

Nikosiyanın yunan və türk tərəflərinə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Ötən çərşənbə günü Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Mosialos həmçinin bildirib ki, telefon danışığı nəticəsində tərəflər oktyabrın sonu - noyabrın əvvəlində Ankarada Əməkdaşlıq Şurasının keçirilməsi barədə razılığa gəliblər.






27 Sentyabr, 2011  02:12 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner