Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Moskvada Putinin əleyhinə aksiya

"Putinsiz Rusiya" şüarı səsləndirilib

Rusiyanın paytaxtı Moskvada baş nazir Vladimir Putinin prezident seçkisində iştirak etmək qərarına qarşı etiraz aksiyası keçirilib. 10-dan çox siyasi partiyanın və ictimai birliklərin nümayəndələri "Putin getməlidir!", "Putinsiz Rusiya" kimi şüarların yazıldığı plakatlar qaldırıblar.


Bir sıra Rusiya və xarici analitiklərin fikrincə, 2008-ci ildə 2 prezident mandatını başa vurduqdan sonra da Vladimir Putin Rusiyanın siyasi arenasından heç yerə getməyib. Xarici mətbuat əmindir ki, o, 2024-cü ilədək hələ 2 mandat da - ölkə rəhbəri olacaq, beləliklə, "XXI əsrin dörddə-biri Rusiyada Putin işarəsi altında keçəcək".

"Mən Putin və Medvedevin çıxışlarına qulaq asdım və bu gün bura gəlməyə bilməzdim. Heyrətamiz bir şeydir" - aksiyaya qoşulan təqaüdçülərdən biri belə deyib.

Hadisələrin belə gedişatı ilə Rusiyanın maliyyə naziri və baş nazirin müavini Aleksey Kudrin də razı deyil. Kudrin jurnalistlərə 2012-ci il prezident seçkisindən sonra yeni hökumətdə işləmək niyyətində olmadığını bildirib. Öz mövqeyini isə Aleksey Kudrin prezident Dmitri Medvedevlə "iqtisadi siyasət sahəsində bir sıra fikir ayrılıqlarının olması" ilə izah edib.

Xatırladaq ki, şənbə günü Vladimir Putin Dmitri Medvedevə dekabrda keçiriləcək Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya" partiyasına rəhbərlik etməyi təklif edib. Dövlət başçısı isə baş naziri prezident seçkisində layiqli namizəd kimi dəstəklədiyini bəyan edib (ANSPRESS).






26 Sentyabr, 2011  19:08 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner