Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail tək qalmağa məhkumdur

"Əslində, bu müharibə üçün böyük səbəbdir"

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan CNN televiziyasında dünyanın ən hörmətli jurnalistlərindən biri olan Fared Zəkəriyyənin qonağı olub.

Simsar.az DHA-ya istinadla xəbər verir ki, İsrail haqqında sərt açıqlamalar verən Ərdoğan bildirib ki, Türkiyənin tələbləri yerinə yetirilməsə, İsrail ilə əlaqələr heç vaxt normallaşmayacaq. O deyib: "Biz İsrailə xəbərdarlıq etdik. Əslində, bu müharibə üçün böyük səbəbdir. Çünki beynəlxalq sularda siz belə bir şey edə bilməzsiniz. Amma biz böyük dövlət olaraq bu işdə səbrli olduq və sadəcə, üzr istənməsini, təzminat ödənməsini və Qəzzanın mühasirəsinin qaldırılmasını tələb etdik. Bu tələblər yerinə yetirilməsə, Türkiyə-İsrail əlaqələri heç zaman düzəlməyəcək. İsrail keçmişdə də bölgədə tək idi. İndi də tək qalacaq. İsrail bu yalnızlığa məhkumdur”.

Zəkəriyyənin, "Türkiyəni Atatürkün vaxtında olan yoldan başqa yola aparırsınız", "Xarici siyasət artıq Qərb tərəfdarı olmayacaqmı", "Qahirəyə getdiyinizdə rok ulduzu kimi qarşılandınız. Bu, Türkiyənin yeni islamçı xarici siyasətidirmi” suallarına Ərdoğan bu cavabı verib: "Hörmətli Zəkəriyyə, mən rok ulduzu deyiləm, mən siyasətçiyəm. Amma bunu çox açıq və dəqiq şəkildə söyləyə bilərəm. Qərbin hər şeyi doğrudur deyə bir anlayış yoxdur. Biz Qərbdə yaxşı nə varsa onu aldıq. Amma unutmayaq ki, Şərqin də gözəllikləri var. Şərqi niye bir tərəfə atırsınız?! Dünyada mədəniyyətlərin bir-birinə qarşı olmasını istəmirik. Əksinə, mədəniyyətlərin ittifaqını görmək istəyirik. Dünya müharibədən bezib”.






26 Sentyabr, 2011  17:21 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner