Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bəxtiyar Sadıqov Əvəz Zeynallıya yol göstərdi

"Xural" bağışlana bilər

“Mətbuat Şurası Azərbaycan jurnalistlərinin qurultayında formalaşdırılan, öz Nizamnaməsi, fəaliyyət prinsipləri olan legitim qurumdur. Ötən 9 ildə Mətbuat Şurası mətbuat və söz azadlığının inkişafı, jurnalistikamızın bəzi problemlərinin həlli sahəsində bir sıra uğurlara imza atıb, cəmiyyətdə böyük nüfuz qazanıb. Mətbuat Şurasına ən çox hörmət gətirən məsələlərdən biri onun «reket qəzet»lərə qarşı apardığı mübarizədir. Bu mübarizə ictimai sifariş olaraq qəbul edilib və yerinə yetirilir, jurnalist cameəsinin və xalqın dəstəyinə arxalanır. İctimai qınağın bir forması olan «qara siyahı» da ictimaiyyət tərəfindən qəbul edilərək dəstəklənir. Bütövlükdə Mətbuat Şurası öz fəaliyyətində hüquqa və Nizamnaməsinə arxalanır”. Bunu APA-ya açıqlamasında «Azərbaycan» qəzetinin baş redaktoru, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov «Xural» qəzeti MŞ-nin «qara siyahı»sına salındıqdan sonra redaktor Əvəz Zeynallı ilə MŞ arasında yaranan insidentin həlli imkanlarını şərh edərkən deyib.

B. Sadıqov bildirib ki, MŞ İdarə Heyətinin üzvləri konkret faktlara və şikayətlərə istinadən hansısa qəzeti «reket» elan edəndə nə onun redaktorundan, nə də kollektivindən təşəkkür və minnətdarlıq gözləyir: “Bəziləri qərarı ağıl və təmkinlə qarşılayır, bir qismi narazı qalsa da, açıq şəkildə etiraz etmir, eləsi də olur ki, «oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» prinsipi ilə Mətbuat Şurasına hücuma keçir. Ötən dövrdə belələrini, hətta bizi məhkəməyə verənləri də çox görmüşük. Nəticə necədir? Mətbuat Şurası yenə də səmərəli formada fəaliyyət göstərir, «qara siyahı» çoxsaylı qəzetlərdə dərc olunur, «reket qəzet»lərin sayı isə get-gedə azalır”.

Millət vəkili «qara siyahı»nın «Xural»ın «halal» haqqı olduğunu, bunu öz «fəaliyyəti» ilə qazandığını deyib: “Etiraf edirəm ki, bu «titul»u ona verməkdə bir qədər yubanmışıq! Bir qədər gecikməsəydik, daha az Azərbaycan vətəndaşının şərəf və ləyaqəti onun səhifələrində təhqirə məruz qalardı. Ancaq səbir və güzəştin də həddi olur! Dəfələrlə məhkəmə çəkişmələrində uduzaraq məhkum edilmiş, çoxsaylı şikayətlər əsasında «reket qəzet» adına layiq görülmüş «Xural»ın redaktoru qərarımızı isterika ilə qarşılayaraq özünə və tərbiyəsinə xas formada Mətbuat Şurasına hücuma keçdi, bizi qorxutmaq istədi. Bu, həm də gözdən pərdə asmaq, özünü «məsum cocuq» kimi göstərmək cəhdi idi. Ancaq yanındakı ağıllı adamlar, deyəsən, onu başa sala, sakitləşdirə bildilər. Hətta «Xural» xeyli ağıllanıb, daha ədəbli və tərbiyəli yazmağa başlayıb. Açığı, «qara siyahı»nın qısa zamanda onlara bu qədər islahedici təsir göstərəcəyini güman etmirdim. Bu məni xeyli sevindirir. Qəzet son yazılarında xeyli mərifətli və qanacaqlı olub! Əslində, bizim istədiyimiz də budur! Hətta düşünürəm ki, «Xural»ı gərək düz yola daha tez qaytaraydıq!”

B. Sadıqov qeyd edib ki, MŞ «qara siyahı»nı əbədilik tərtib etmir, vaxtaşırı yeniləndirir: “Əgər «Xural» da bir il ərzində normal qəzetlər kimi fəaliyyət göstərsə, tutduğu naqis yoldan qayıtsa, gələcəkdə «qara siyahı»dan çıxmaq üçün bizə müraciət edə bilər. Biz həmin müraciətə təlimata müvafiq şəkildə baxar, «Xural»ın tam islah olunduğu qənaətinə gəlsək, hətta onu qınaq siyahısından çıxara da bilərik! Hələlik isə redaktor Əvəz Zeynallıya tövsiyəm budur ki, Mətbuat Şurasına təhqir və hücumlarına son qoysun, əməkdaşlarına pis nümunə göstərməsin! «Qəzet reketçiliyi» iflasa uğramış yoldur! Onun sonu yoxdur! Heç o üsulla çörək qazanmaq da kişiyə yaraşmır! Yaxşı olar ki, işçilərinin tərbiyəsi və mənəviyyatı ilə də ciddi şəkildə məşğul olsun! Buna daha çox vaxt ayırsın! «Xural»a məxsus «qara rekord»ların artımına da – birdəfəyə Mətbuat Şurasına 6 şikayətin daxil olmasına, qəzet müxbirinin qeyri-jurnalist fəaliyyəti ilə məşğul olmasına – sərxoş vəziyyətdə məscidi daşlamasına son qoyulmalıdır! Belədə məsciddə qələt qarışdırandan sonra jurnalist adı arxasında gizlənməyə, guya müxbirin xuliqanlıq etdiyinə görə yox, yazılarına görə həbs olunduğu barədə uydurmalara da ehtiyac qalmaz.

Ən nəhayət, Əvəz yenidən diriltməyə çalışdıqları «redaktorlar birliyi»nə də güvənməsin. Tarix həmin qeyri-legitim qurumu arxivə verib. Heç bir hörmət və nüfuzu olmayan, tərkibinə hələlik üç «reket redaktor» qatılan bu qurum Mətbuat Şurasına nativlik edə bilməz. Çünki nə ictimaiyyətdə dəstəyi, nə nüfuzlu sözü, nə də müsbət imici var!
Ağıllanmaq vaxtıdır! Bəlkə də «Xural»da baş verən yanğın Lənkərandakı «Sahib Əs-Zaman» məscidinin xuralçı tərəfindən təhqir edilməsinə Allahın ilk xəbərdarlığıdır!
Tövbə etməyə də gecikməyin!”






26 Sentyabr, 2011  16:54 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner