Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gənc Tamaşaçılar Teatrı "Şeyx Sənan"la açılış etdi

Teatrın açılış tədbiri oldu

Bu münasibətlə teatrda tədbir keçirilib. Simsar.az-ın məlumatına görə, mərasimdə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov 84-cü mövsümün ilk tamaşası münasibətilə hər kəsi təbrik edərək yeni mövsümdə tamaşaçılara maraqlı səhnə əsərləri vəd edib: “Teatrımızın tamaşaçılarını yeni – 84-cü teatr mövsümündə adət etdikləri kimi maraqlı tamaşalarla sevindirmək niyyətindəyik. Teatrın kollektivi cari ilin noyabr ayının birinci həftəsində tamaşaçılarına iki gəncin məhəbbətinin faciəvi tarixçəsini əks etdirən, dahi dramaturq U.Şekspirin “Romeo və Cülyetta” tamaşasını təqdim edəcək. İlin sonuna qədər isə xalq yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək”.



M. Həmidov onu da deyib ki, Azərbaycan dramaturgiyasının banisi, filosof Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə əlaqədar olaraq dramaturqun daha bir komediyasına müraciət ediləcək: “Teatrımız dahi Axundovun bir neçə komediyasına müraciət edib. 2012-ci ildə daha bir komediyasını səhnələşdirməyi nəzərdə tuturuq. Bununla da teatrımızda yubiley çərçivəsində “Axundov həftəsi” gerçəkləşəcək”.


2012-ci ildə məşhur ingilis yazıçısı Çarlz Dikkensin də 200 illiyinin qeyd ediləcəyini bildirən M.Həmidov Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrında adıçəkilən yazıçının yaradıcılığına müraciət edildiyini deyib.


Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova çıxışında yeni mövsümündə teatrın daimi tamaşaçılarını maraqlı səhnə əsərlərinə baxmağa dəvət edib.


Daha sonra ölməz ədib Hüseyn Cavidin iki hissədən ibarət “Şeyx Sənan” faciəsi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon), aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Şəbnəm Hüseynova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.


Həmin gün teatrın balaca tamaşaçılarına isə Azərbaycan xalq nağılı “Göyçək Fatma” nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Cahangir Zülfüqarov, quruluşçu rəssam Mustafa Mustafayev, rejissor və xoreoqraf Nicat Kazımovdur. Rollarda əməkdar artistlər Naibə Allahverdiyeva (Ögey ana), Lətifə Əliyeva (Qarı nənə), Seyidşah Məmmədov (kişi), aktyorlar Almaz Mustafayeva (tənbəl qız), Asya Atakişiyeva (Göyçək Fatma), Mirzəağa Mirzəyev (Şahzadə) və digərləri çıxış ediblər.






26 Sentyabr, 2011  15:58 Baxılıb: 5268 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner