Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əyyub Kərim Elşad Abdullayevi yalançı çıxardı

O, prokurorluğu müdafiə etdi

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun ünvanına həddən ziyadə ağır ittihamlar səsləndirdi. Maraqlıdır ki, həmin ittihamlar bu günə kimi cavabsız qalıb.

Tanınmış hüquqşünas Əyyub Kərimə görə, Elşad Abdullayevin açıqlamaları, demək olar ki, blefdir: “Onun qardaşı Mahirin oğurlanması məsələsini ilk dəfə mən yayımlamışam. Mən 2003-cü il noyabrın 8-də bu məsələ haqda yazandan sonra Elşad Abdullayev və onun prokurorluqda işləyən qardaşı Elsevər tərəfindən mənə çox böyük təzyiqlər oldu. “Xalqın səsi” adlı qəzetin 31 dekabr, 2003-cü il tarixli sayında 3 akademik, 4 millət vəkili, 4 hüquq elmləri namizədi, 19 professor, 16 dosent, 1 polkovnik, 1 şair və 4 baş müəllimin imzası ilə barəmdə “Əyyub Kərim cinayətkarın əməllərinin qarşısını almaq lazımdır” kimi fikirlər yer alan məqalə dərc olundu. Məqsəd Elşad Abdullayevin qardaşının oğurlanması ilə bağlı araşdırmalarımın qarşısını almaq idi. O vaxt mən həmin yazıları “Azərbaycansayağı adam oğurluğu” başlığı ilə dərc edirdim. Elşad Abdullayev mənim o vaxt yazdığım yazının başlığından indi prezidentə müraciətində gen-bol istifadə edir".

Ə.Kərim maraqlı bir məsələni də açıqladı: “Bir neçə gün öncə bir tədbirdə tanınmış jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşdüm. Fətullayev mənə dedi ki, bu yaxınlarda Fransada olarkən Elşad Abdullayev onunla görüşüb, kömək istəyib. Ona sənədlər təqdim edib. Fətullayev də dedi ki, həmin sənədlər cəfəng sənədlər olub”.

Ə.Kərim Ramin Nağıyev kimi hörmətli bir adamın öz yanında Elşad Abdullayevə yer ayırmasının səbəbini də başa düşmədiyini dilə gətirdi: “Vaxt gələcək, Ramin Nağıyevə Elşad Abdullayevdən böyük zərbə dəyəcək. Hüquq-mühafizə orqanları bu adamın xislətinə bələd olduqlarından susqunluq nümayiş etdirirlər”.

Ə.Kərim “Bəs Mətanət İsgəndərli niyə danışmır” sualına belə cavab verdi: “Bu xanım müğənni Mahirlə çox yaxın olub. Mən Mahir Abdullayev oğurlanmazdan əvvəl bir məclisdə oldum. Mahir ora sərxoş gəldi və Mətanət İsgəndərli ilə mübahisə etdi. Müğənni onu həmin məclisdən mədəni şəkildə qovdu. Ola bilər ki, Mahir oğurlanandan sonra Mətanət İsgəndərli ciddi dindirilib. Ola bilsin ki, Mətanət İsgəndərli dindirilərkən ondan hüquq-mühafizə orqanlarına verdiyi məlumatların yayılmaması üçün iltizam alınıb, o da buna görə susur”.

Ə.Kərim “Kar Qəhrəman” ləqəbli kriminal avtoritet Elçin Mehrəliyevlə görüşü zamanı bu oğurluqla bağlı onun fikirlərini də öyrənib: “Elşad Abdullayev Elçin Mehrəliyevə deyib ki, qardaşım itibsə, onun maşını hanı. Üstəlik Mahirin maşınından götürülən sənədləri də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaxınlığındakı zibilxanaya atıblar və Elşad Abdullayevə deyiblər ki, get sənədləri oradan götür. Bunları nəzərə alaraq ehtimal edirəm ki, onun qardaşı sağdır”.

Hüquqşünas təklif edir ki, Baş Prokurorluq mətbuat konfransı keçirib onun dediklərinə aydınlıq gətirsin. Bunu etməyəcəklərsə, Elşad Abdullayevə Avropa Məhkəməsində Azərbaycana qalib gəlməsi üçün çox gözəl fürsət yaradacaqlar. Bu konfransı keçirsinlər, Elşad Abdullayev şousu da bitsin.






26 Sentyabr, 2011  15:52 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner