Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Hamlet Xanızadənin xatirə gecəsi keçiriləcək

Tədbir Milli Dram Teatrında gerçəkləşəcək

Əməkdar Artisti, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Yubiley tədbiri sentyabrın 30-da Akademik Milli Dram Teatrında düzənlənəcək. Bu barədə simsar.az-a teatrın mətbuat katibi Elçin Cəfərov məlumat verib.

Dramatik rolların ifaçısı Hamlet Xanızadə 1941-ci il, iyunun 5-də də Bakının Şağan qəsəbəsində dünyaya göz açıb. Uşaqlığı Bakıda keçib, orta təhsilini də burada alıb. Uşaqlıqdan teatra, kinoya marağı olub. Ailəsi Hamlet Xanızadənin aktyor olmasını istəməsə də sənət həvəsi hər şeyə üstün gəlib. O, 1950-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub.

Peşəkar teatr fəaliyyətinə 1961-ci ildə başalyıb. Həmin ildə Akademik Dram Teatrında aktyor kimi çalışıb. Milli teatr böyük simaları - Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı onunla tərəf-müqabili olub.

Cəlil Məmmədquluzadənin «Ölülər», «Dəli yığıncağı» Nəriman Həsənzadənin «Atabəyləri», Nazim Hikmətin «Şöhrət və unudulan adam», Hüseyn Cavidin «İblis», «Xəyyam», «Topal Teymur», Səməd Vurğunun «Vaqif», Uilyam Şekspirin «Antoni və Kleopatra», Fridrix Şillerin «Məkr və məhəbbət» əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazlar ifa edib.

«Yeddi oğul istərəm» (Gizir), «O qızı tapın», «Axırıncı aşırım» (Talıbov), «Arxadan vurulan zərbə” (İmaş), «Babək» (Xəlifə Mötəsim), «Qətl günü» (Sədi Əfəndi), “Yaramaz” (Zavod Direktoru) filmlərində rol alıb.

Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib.

Arifə






26 Sentyabr, 2011  15:52 Baxılıb: 2738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner