Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elçin Şıxlı İdrak Abbasova görə Ramil Usubova müraciət edib

Jurnalistin həyətinə gəlib, deyiblər: “Qulağını kəsərik” 

Jurnalist Idrak Abbasova təzyiqlər davam edir. Dünən axşam saatlarında 20 AA 414 dövlət nömrə nişanlı “UAZ” markalı avtomobil “Ayna” və “Zerkalo” qəzetlərinin, habelə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun ailəsinin yaşadığı həyətə gələrək, onun ailə üzvləri ilə hədə ilə danışıblar.

Nəmalum şəxslər bildiriblər ki, “İdraka deyin ağıllı olsun, elə eləməsin ki, onun qulağını kəsək”.

Bu barədə Simsar.az saytına İ.Abbasov məlumat verib. O, prezidentə və Mətbuat Şurasına müraciət etdiyini deyib: “Bilmirəm, bunlar məndən nə istəyirlər?..Bu gün isə “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da jurnalistin başına gələn hadisənin araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib”.

Hadisədən öncə isə, sentyabrın 21-də səhər saatlarında “Niva” markalı 90 AE 764 dövlət nömrə nişanlı avtomobillə 4 nəfər idmançı görkəmli şəxs jurnalistin ailə üzvlərinin yaşadığı həyətə növbəti dəfə qanunsuz soxulublar. Onlar heç bir məsuliyyət hissi keçirmədən jurnalistin ailə üzvlərini təhqir ediblər. “Deyiblər ki, bizə heç nə edə bilməzsiniz. Adam kimi dil başa düşmürsünüz. Elə eləməyin ki, sizi daha betər günə qoyaq”,- deyə qeyd edən jurnalistin sözlərinə görə, basqınçılar baş verənlərin ictimailəşdirilməsi ilə Abbasovların heç nəyə nail ola bilməyəcəklərini və növbəti dəfə İ. Abbasovun “ağıllı olmağa” dəvət edilməsini qohumlarından tələb ediblər.

Sentyabrın 20-dən 21-ə keçən gecə isə saat 22.30 radələrində Binəqədi rayon Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində işdən evə gedərkən yaşadığı evin yaxınlığında ağ rəngli “Niva” markalı 90 AX 171 dövlət nömrə nişanlı avtomobildəki iki idmançı cüssəli şəxs İdrak Abbasovun qarşısını kəsərək onu hədələyiblər. Buna qədərsə onun qardaşı Raman Abbasovun qarşısı kəsilmişdi və o da hədələnmişdi.

Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə daxil olaraq İ.Abbasovun qohumlarını döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.

Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə çatdırılıblar.

Anar






24 Sentyabr, 2011  16:28 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner