Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ELMAR MƏMMƏDYAROV HƏMSƏDRLƏRLƏ GÖRÜŞÜB

Nazir: "İrəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi 2009-cu ilin dekabrında təqdim edilən rəsmi sənədi qəbul etsin"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiklə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilmiş və bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Nazir E.Məmmədyarov təəssüflə qeyd edib ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin.

Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Məlum olduğu kimi, Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.

Nazir E.Məmmədyarov konkret olaraq vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq zərurətini tezliklə dərk etməsi regionda sülh və stabilliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.






24 Sentyabr, 2011  14:35 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner