Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT HEYDƏR ƏLİYEV SEYRƏNGAHI İLƏ TANIŞ OLUB

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Heydər Əliyev Seyrəngahında yaradılan şəraitlə tanış olmuşdur

Bildirildi ki, seyrəngaha Heydər Əliyev bulaq kompleksi, İlham Əliyev bulaq kompleksi, samovar kompleksi, Heydər Əliyev prospektinin giriş qapısı kompleksi daxildir. İlham Əliyev bulaq kompleksində 15 metr hündürlüyündə bir bulaq, üç süni şəlalə və 48 fəvvarə quraşdırılmışdır. Kompleks müasir qaydada işıqlandırılmışdır.

Qeyd olundu ki, Heydər Əliyev bulaq kompleksi 2011-ci ilin mayında istifadəyə verilmişdir. Kompleksdə 21 metr hündürlüyündə bulaq, 3 süni şəlalə, 80 fəvvarə quraşdırılmışdır. Kompleksin ərazisində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mozaika ilə portretləri işlənmişdir. Hər iki kompleksin arasında olan Bakı prospekti boyunca 5 hektar ərazidə xiyaban salınmış, 12 metr hündürlüyündə samovar kompleksi yaradılmışdır.

Vurğulandı ki, samovar kompleksində fəvvarə quraşdırılmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bakı prospektində avtomobillərin həddən artıq intensiv hərəkəti nəzərə alınaraq, adamların sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə xüsusi mozaika ilə işlənən 24 metr uzunluğunda iki yerüstü piyada körpüsü tikilmişdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərinin geniş tətbiq olunduğu seyrəngahda daha çox buta naxış kompozisiyalarından istifadə edilmişdir. Bu da seyrəngahın ümumi görünüşünə xüsusi yaraşıq verir. Burada yaradılan şərait göstərir ki, paytaxtla yanaşı, bütün bölgələrimiz sürətlə inkişaf edir. Bölgələrlə paytaxt arasındakı inkişaf fərqi artıq aradan qaldırılmışdır. Bununla da bölgələrimizin siması dəyişmişdir. Azərbaycanın regionları indi daha müasir və cəzbedicidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin mühüm tərkib hissəsinə çevirmişdir.

Seyrəngahla tanış olan Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi






23 Sentyabr, 2011  23:27 Baxılıb: 1120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner