Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanın birinci vitse-spikeri İsraili tənqid etdi

Ziyafət Əsgərov: “İsrail Türkiyəyə qarşı böyük haqsızlıq edib”

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov İsrail-Türkiyə münasibətlərində Azərbaycanın mövqeyini açıqlayarkən deyib. O bildirib ki, münasibətləri qurmaq çətin, münasibətləri qırmaq isə asandır: “Əlbəttə, çox təəssüfləndiricidir ki, Türkiyə ilə İsrail arasında belə bir hadisə baş verdi. Biz də bunun tərəfdarı deyilik. Gərək hadisələr bu məcraya gəlib çıxmayaydı. Amma, sözsüz ki, biz bu məsələdə qardaş Türkiyənin mövqeyini başa düşürük. Onu da başa düşürük ki, bir dövlətin 10 vətəndaşı gəmidə öldürülürsə, sözsüz ki, bu, Türkiyəyə qarşı böyük haqsızlıqdır. Bu mənada biz həmişə Türkiyənin yanındayıq. Bununla belə, hesab edirəm ki, Azərbaycanın digər dövlətlərlə münasibətlərinə də anlaşıqlı yanaşmaq lazımdır. Çünki Azərbaycan gənc, müstəqil bir dövlətdir”.

Z. Əsgərov Türkiyə-İsrail münasibətlərinin çözüləcəyinə əminliyini ifadə edib.






23 Sentyabr, 2011  20:18 Baxılıb: 1132 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner