Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov da neft və qaz bolluğundan danışdı

“Azərbaycan azı yüz il indiki templə təbii qaz çıxara bilər”

“Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir”.
 Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib. O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: “Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər”.


Ə. Həsənov bildirib ki, Azərbaycan qızıl, mis və digər ehtiyatları ilə Cənubi Qafqazda ən zəngin təbii sərvətləri olan ölkədir: “Azərbaycan həm də bölgədə özünün enerji təhlükəsizliyini təmin etmiş yeganə ölkədir”.
O, həmçinin deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq ərazisinin 90 faizini qazla təmin edib.

“Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcək”. Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.

Şöbə müdiri Azərbaycanın müstəqillik əldə etdiyi müddətdən ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrildiyini, bu istiqamətdə addımladığını qeyd edib.






23 Sentyabr, 2011  16:29 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner