Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

HƏMSƏDRLƏR ERMƏNİSTAN XİN RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Minsk qrupunun həmsədrləri Ermənistan XİN rəhbəri ilə Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər. Məlumatı "Mediamaks" agentliyi yayıb.

Trend-in məlumatına görə, Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri İqor Popov və Robert Bradtke və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb.

Görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-ci ilin oktyabrında Həştərxanda üçtərəfli görüşündə əldə olunan təmas xəttindəki insidentlərin araşdırılması mexanizmləri haqqında razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın oktyabrın 27-də Həştərxanda keçirilən görüşünün yekunları üzrə Həştərxanda Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Azərbaycan və Ermənistan tərəfindən bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur və humanitar xarakter daşıyır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






23 Sentyabr, 2011  14:52 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner