Ermənilərin qətlə yetirdiyi azərbaycanlı uşağa şəhid statusu verilib
Farizin şəhidlik statusu haqqında vəsiqə mərhumun anasına təqdim edilib. Bədəlovlar ailəsindən məlumatı təsdiqləyiblər: “Biz bütünlüklə Azərbaycan cəmiyyətinə minnətdarıq ki, Farizin qətlə yetirildiyi gündən bu vaxtadək bir gün də olsun, bizi tək buraxmayıblar”.
Xatırladaq ki, Fariz Bədəlov bu il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində yaşadığı evin həyətində erməni snayperi tərəfindən qətlə yetirilib./apa