Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

AVROPANIN MARAQLI YOL HƏRƏKƏTİ QAYDALARI

Avropa ölkələrində su sıçradan avtomobilə cəza verilir

Avropa Birliyi ölkələrində bizim üçün çox maraqlı yol hərəkəti qaydaları var. Bu ölkələrdə yol kənarlarına diqqəti dağıdacaq reklamların asılması qadağandır və nəqliyyatın təhlükəsizliyində piyadalar da ən azından sürücülər qədər məsuldurlar.
Qanuna görə, yol kənarlarında yol nişanlarının görünməsini məhdudlaşdıran və ya təsirsiz edən, sürücüləri və piyadaları çaşdıracaq, nəqliyyat təhlükəsizliyinə zərər verəcək reklam lövhələri, elan, işarə və ya cihaz quraşdırmaq qadağandır.
Yol polisləri avtomobillərin sürətini ölçmək üçün reyd keçirəndə kolluqda gizlənmir. Hamının görə biləcəyi şəkildə, yol kənarında durub radarı əlində tutur və sürəti ölçür.

Bundan əlavə, nəqliyyat vasitəsilərinə əlavə cihazlar qoyaraq yüksək səs (bizdə buna dana səsi deyilir - red.) çıxarılmasını təmin edən aparatlardan istifadə etmək, yüksək səslə musiqi dinləmək, yağışlı havalarda su gölməçələrinin içindən keçib səkidəkiləri islatmaq da qadağandır.

Sürücülərin toz qaldıraraq piyadaları narahat etməsi də qadağandır.

Avtomobilin arxa işıqları, arxadan gələnləri narahat edəcək şəkildə olarsa, sürücü cərimələnir.

Hətta orada içkili olduğundan şübhə edilən sürücüyə polis əməkdaşı "bir dənə ho elə" demir. Sadəcə bunun müəyyənləşdirilməsi üçün əl boyda olan cihaza üfürmək kifayətdir.

Avtobuslar üçün isə ayrıca yollar var. Nə avtobus o yoldan çıxır, nə də tıxacda qalmamaq üçün "sən bilirsən mən kiməm" deyib, heç kəs avtobusun yolu ilə maşın sürmür.

Həmçinin piyadalar da yolun qarşı tərəfinə keçmək üçün uzun məsafə qət edib piyada keçidi axtarmır. Yaxınlıqdakı keçiddən faydalanır. Keçid olmayan yerdə isə qarşı tərəfə perpendikulyar və cəld şəkildə addımlayır. Sürücülər isə yolun ortasında piyada gördükdə bizdəki kimi maşına qaz vermir, sürəti azaldır ki, piyada yolu rahat keçsin. Səkilər isə şəhər meriyası tərəfindən işğal olunaraq, avtodayanacaq kimi istifadə olunmur. Market, kafe, restoranlar başda olmaqla, heç bir obyekt səkilərin üstünə stol, stul, çıxararaq, piyadaların hərəkətini çətinləşdirəcək heç bir şey qoya bilməzlər.






22 Sentyabr, 2011  23:36 Baxılıb: 1221 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner