Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Vüqar Rəhimzadə də "Xural"ın vəziyyətindən danışdı

"Xural" və onun redaktoruna kifayət qədər güzəşt olunub

“Mətbuat Şurasının qarşısında dayanan əsas vəzifələrdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, insanların mənəviyyatına toxunan “reket jurnalistikası”na qarşı mübarizədir”. Bunu Lent.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, Mətbuat Şurası fəaliyyətə başladığı gündən KİV-in saflaşdırılması istiqamətində mühüm addımlar atıb, jurnalistlərin peşəkarlığının yüksəldilməsinə çalışıb.

“Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 19 sentyabr 2011-ci il tarixli qərarı ilə təsdiqlənən yenilənmiş "qara siyahı"sı da deyilənlərin təsdiqidir. Hansısa bir mətbuat orqanının adının "qara siyahı"ya salınması bir anın, bir günün qərarı deyil. Qəzet haqqında Mətbuat Şurasına müraciətlərin gəlməsi, onların araşdırılması, qəzetin rəhbərliyinə iradların bildirilməsi və s. kimi mərhələlər mövcuddur. Mətbuat Şurasının İdarə Heyətinin qərarında da bildirilir ki, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına, öz şəxsi məqsədlərinə çatmaq üçün insanlığa sığmayan bir çox əməllərinə görə bu nəşrlər "qara siyahı"ya daxil edilib” – deyə Şura üzvü bildirib.

V.Rəhimzadə qeyd edib ki, adı "qara siyahı"ya daxil olan “Xural” qəzeti ilə bağlı Mətbuat Şurasına xeyli sayda şikayət daxil olub: “Biz “Xural” qəzeti ilə bağlı Mətbuat Şurasının şikayətlər komissiyasında bir neçə dəfə qəzetin redaktorunun iştirakı ilə məsələlərə baxmışıq. Baxılan müraciətlərin nəticəsi olaraq qəzetə əvvəllər xəbərdarlıq olunub. Bütün bunlara baxmayaraq “Xural” qəzeti demək olar hər nömrəsində müxtəlif sahələrdə çalışan insanların, ayrı-ayrı vətəndaşların şərəf və ləyaqətini alçaltmaq, böhtan atmaq prinsipini özünə yol seçib. Mətbuat Şurasına ünvanlanmış sonuncu altı müraciətin hər birində qəzetdə dərc olunan yazılarda yalan və uydurmalara daha geniş yer verildiyi, ən əsası şərəf və ləyaqəti aşağılayan ifadələrin işlədildiyi önə çəkilirdi.

Təəssüf ki, fakta əsaslanmayan, jurnalist təxəyyülünün məhsulu olan yazıları səhifələrində geniş şəkildə işıqlandıran qəzetin baş redaktoru və əməkdaşları "qara siyahı"ya düşməkdən düzgün nəticə çıxarıb, seçdikləri yolun yanlışlığını anlayaraq geri qayıtmaq əvəzinə, Mətbuat Şurasının üzvlərini təhqir hədəfinə çevirməyə çalışırlar.
Təbii ki, Mətbuat Şurasının hörmətli üzvləri Əvəz Zeynallının səviyyəsinə enməyəcək. Ancaq həddini aşmış ədəbsizin də qabağından qaçmaq niyyətində deyilik. İndiyədək «Xural»a və onun redaktoruna kifayət qədər güzəşt olunub. İndi isə yolunu azaraq azad və müstəqil Azərbaycan mətbuatı üçün qara ləkəyə çevrilənlərin qanun qarşısında məsuliyyətə cəlb olunması zamanıdır. Belə də edəcəyik. Bizim üçün azad söz və jurnalist etikası daha yüksəkdə durur. Hər kəs isə öz dediyi, yazdığı və törətdiyi əmələ görə cavab verməlidir. Biz Mətbuat Şurası olaraq öz fəaliyyətimizdə daim qanunlara, onun aliliyinə hörmət etmişik. Yenə də belə davranacaq, Azərbaycan mətbuatının naqis insanlardan, reket redaktor və qəzetlərdən təmizlənməsi üçün sonadək mübarizə aparacağıq”.






22 Sentyabr, 2011  20:17 Baxılıb: 1735 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner