Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“MƏNƏ AD LAZIM DEYİL”

Müğənninin prodüsseri Hüseyn Abdullayevə görə, Röyaya ad verilməməsinı inanmır

Xalq artisti adı alan müğənnilərin sırasında sevilən sənətçi Röyanın adının olmaması müxtəlif faktorlarla əlaqələndirilir. Bildirilir ki, Röyanın adı öncə siyahıda olub. Amma son anda müğənninin sənədləri kənara qoyulub. Səbəb kimi, onun görkəmli bəstəkar, keçmiş deputat Hüseyn Abdullayevin bəstələrinə müraciət etməsidir.

Röyanın sözləri və musiqisi H.Abdullayevə məxsus “Sənə görə” mahnısı bir neçə aydır ki, gündəmdən düşmür. Onun digər mahnıları da zaman keçdikcə populyarlığını itirmir.

Röyanın adı həqiqətənmi H.Abdullayevə görə, siyahıdan çıxarılıb? Xalq artisti adına layiq görülməməsi müğənniyə necə təsi edib?

Bu və digər suallara cavab almaq üçün müğənninin prodüsseri Kənannla əlaqə saxladıq.

Prodüsser öncə bildirdi ki, Röyanın Xalq artisti adı almamasını H.Abdullayevlə əlaqələndirmək doğru deyil: “Bu sadəcə jurnalistlərin təxəyyüllərinin məhsuludur. Mən bilmirəm Röyanın adı orada olub, ya yox. Röyanın belə adlara onsuz da ehtiyacı yoxdur. O, hamı tərəfindən sevilir. Digər tərəfdən Hüseyn Abdullayevin bəstələri onsuzda radio ve televiziya kanallarında efirə verilir və sevilə-sevilə dinlənilir. Hüseynin mahnılarını oxuyan müğənnilərimiz var ki, xalq artistidilər”.


Kənana görə, belə adlar Röyaya o qədər də lazım deyil: “Konsertlərdə, toylarda belə adlar keçmir, istifadə olunmur. Yalnız dövlət tədbirlərində deyilir ki, filankəs xalq və ya əməkdar artistdi. Qəqin ki, nə vaxtsa, Röyaya da bu adlar veriləcək. Təəssüf ki, son vaxtlar fəxri adları hər kəsə paylamaqla gözdən saldılar. Kimisi tapşırıqla, kimisi pulla ad alıb, fəxlə danışır. Belə olmaz”.

RAMİL






21 Sentyabr, 2011  22:20 Baxılıb: 2043 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner