Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəs Qarayev Sverdlovsk vilayətinin nümayəndə heyətini qəbul edib

Qonaq Azərbaycana səfərindən məmnundur

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Sverdlovsk vilayətinin Mədəniyyət və Turizm naziri Aleksey Badayevi qəbul edib. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və ölkəmizin Sverdlovsk vilayətindəki baş konsulu Soltan Qasımov iştirak ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Nazir Ə.Qarayev ölkəmizin mədəni həyatı, keçirilən geniş miqyaslı beynəlxalq festivallar haqqında qonağı məlumatlandırıb və Sverdlovsk vilayətindən olan musiqiçilərini, incəsənət xadimlərini festivallarda iştirak etməyə dəvət edib. Nazir bildirib ki, Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Akademik Opera və Balet Teatrında tanınmış bəstəkar, Xalq Artisti Polad Bülbüloğlunun Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında “Eşq və ölüm” baletinin nümayiş etdirilməsi Rusiyanın və Azərbaycanın mədəni həyatında əlamətdar hadisədir.

A. Badayev də Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Nazir gələcəkdə digər Azərbaycan bəstəkarlarının əsərlərinin də Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında səslənəcəyinə ümid etdiyini dilə gətirib. Qonaq təmsil etdiyi vilayətin mədəniyyət və turizmi barədə ətraflı məlumat verib. A.Badayev həmkarı Ə.Qarayevi 2012-ci ildə Yekaterinburq Opera və Balet Teatrının 100 illiyinə həsr olunmuş tədbirə dəvət edib.

Görüşun sonunda tərəflər bir-birilərinə xatirə olaraq hədiyyələri təqdim ediblər.

Nazir Aleksey Badayev Üzeyir Hacıbəyli adına III Beynəlxalq Musiqi Festivalının açılış mərasimində və festival çərçivəsində Azərbaycan Akademik Opera və Balet Teatrında bəstəkar Polad Bülbüloğlunun Yekaterinburq Akademik Opera və Balet Teatrının ifasında “Eşq və ölüm” baletinin nümayişində iştirak etmək üçün Azərbaycana səfər edib.

Arifə







20 Sentyabr, 2011  17:32 Baxılıb: 1944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner