Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

2012-Cİ İLİN BÜDCƏSİ 30 FAİZ ÇOX OLACAQ

Vüqar Bayramov: "2012-ci ildə dövlət büdcəsi gəlirlərinin tənzimlənməsinə, eləcə də limitləşdirilməsinə ehtiyac var"

Maliyyə Nazirliyi 2012-ci il və sonrakı 3 il üzrə dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib. Hələlik büdcənin gəlir və xərcləri açıqlanmasa da 2012-ci ilin büdcəsinin cari ilin büdcəsindən böyük olacağı istisna edilmir. Onu da xatırladaq ki, 2011-ci il üzrə ölkənin dövət büdcəsinə düzəlişlər çərçivəsində gəlirlər 3493,2 milyon manat, yaxud təsdiqlənmiş proqnozlara qarşı 29 faiz, yəni 15554,2 milyon manatadək artırılmışdı. Bu da 2010-cu ildəki faktiki göstəriciyə nisbətən artımın 36,4 faiz (4151,2 milyon manat) olması demək idi. Dövət büdcəsinin xərcləri 15 941,2 milyon manat səviyyəsində proqnozlaşdırılıb. Təsdiqlənmiş proqnozlara qarşı artım 25 faiz və ya 3193,2 milyon manat, 2010-cu ilin faktiki göstəricisinə nisbətən 35,5 faiz təşkil edib.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, "2012-ci ilin dövlət büdcə gəlirlərində 2011-ci ilin dövlət büdcəsinə nisbətən 30 faiz artımın proqnozlaşdırılır. Xatırladim ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 15,55 milyard manat, xərcləri 15,94 milyard manta təşkil edir. Bu da 2012-ci ilin büdcə gəlirlərinin 20 milyard manatdan, xərclərinin isə 21 milyard manatdan çox olacağından xəbər verir. Praktiki gələn ilin uçun büdcə gəlirlərində və xərclərində kəskin artmlar gözlənilir”.

Artımı müxtəlif layihələrə ayırmalar baxımından müsbət hal kimi dəyərləndirən iqtisadçı bununla belə büdcə xərclərinin kəskin çoxaldılmasını iqtisadi baxımdan arzuolunan hesab etmir: “Dövlət büdcəsinin gəlir və xərclərinin ölkədə ümumi daxili məhsulun artım tempi ilə əlaqələndirilməsi olduqca vacibdir. Ümumi daxili məhsuldakı artım tempi son illər səngiyib. 2012-ci ildən sonra neft hasilatının azalması səbəbindən ümumi daxili məhsuldakı artım tempinin, eləcə də neft satışından əldə olunan gəlirlərin azalacağı proqnozlaşdırılır. Büdcə xərclərində kəskin artımlar hökümətin sosial öhdəliklərini artırır.Hansıki, neft bumundan sonrakı dövrdə bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı problemlər yaşana bilər. Xüsusilə nəzərə alsaq ki, 2011-ci ildə büdcə gəlirlərinin 60 faizi (9,2 milyard manat) Dövlət Neft Fondundan transfertlər hesabına formalaşıb. 2012-ci ildə fonddan büdcəyə transfertlərin həcminin müəyyən qədər artırılması proqnozlaşdırılır. Bu da gələn ilin dövlət büdcəsinin Neft Fondundan, eləcə də neft sektorundan asılılığının artmasına gətirib çıxaracaq”.

Ekspertin sözlərinə görə, 2011-ci ildə sosial müdafiə və təminat xərclərinə 1 milyard 324 milyon manat vəsait ayrılıb: “Təhsil üçün ayrılan vəsaitin məbləği 1 mlrd. 338 mln. manat, səhiyyə xərcləri 545 mln. manatdır. Təhsil və səhiyyə xərcləri dövlət büdcəsi xərclərinin 4/1-dən artığını təşkil edir. Yalnız bu xərclər qeyri-neft büdcəsi xərclərinə bərabərdir. Deməli, Azərbaycanda neftsiz büdcə sosial xərclərin ödənilməsi üçün yetərli deyil. Bu da qorxulu tendensiyadır. Neftin dünya bazar qiymətinin azalması və ya neft sektorunda gözlənilən azalmalar nəticəsində növbəti illərdə büdcədən sosial xərclərin yerinə yetirilməsində problemlər ola bilər”.
Mütəxəssis bir daha 2012-ci ildə büdcə gəlirlərini 30 faiz artımının iqtisadi baxımdan doğu olmadığını qeyd etdi: “Dövlət büdcəsinin neft sektorundan asılılığı artacaq. 2012-ci ildə dövlət büdcəsi gəlirlərinin tənzimlənməsinə, eləcə də limitləşdirilməsinə ehtiyac var. Həmçinin investisiya xərcləri azaldılmalıdır. Son illər bu istiqamətdə xərclərin kəskin artımı 2012-ci və sonrakı illərdə investisiya istiqamətinə ayrılan vəsaitlərin həcminin azaldılmasına imkan yaradır”.

Növbəti büdcə ili üçün neftin dünya bazar qiymətinin 80 dollardan götürülməsinə gəlincə, iqtisadçı bunu doğru addım hesab edir: “2012-ci ildə neftin dünya bazar qiyməti 80-100 dollar intervalında dəyişəcək. Büdcədə neftin 80 dollardan hesablanması Neft Fondundan transfertlərin həcminin azaltmağa imkan yaradacaq. Lakin 2012-ci ildə büdcədə neftin qiymətinin 80 dollardan hesablanması ilə yanaşı Neft Fondundan ayırmaların həcmində də artımlar olda, bu, büdcə xərclərində, gəlirlərdə stabil atrım tempinin qorunub saxlanmasına mənfi təsir göstərəcək”.






20 Sentyabr, 2011  02:54 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58

sagbanner